Alimlər xəbərdarlıq edirlər
ABŞ-nin Merilend Universitetinin alimləri iqlim dəyişikliyi səbəbindən qlobal okean axınlarının, o cümlədən Qolfstrimin əhəmiyyətli dərəcədə yavaşladığını aşkar ediblər.
Onların araşdırmalarının nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.
Tədqiqatçılar istiliyi ekvatordan şimala daşıyan okean cərəyanları sistemi olan Atlantik meridional çevrilmə dövriyyəsi (AMOC) haqqında məlumatları təhlil ediblər. Sistem 1955-ci ildən 1994-cü ilə qədər sabit qalıb, lakin 1990-cı illərin ortalarında okean səthlərinin istiləşməsi və suyun yuxarı hissəsindəki duzluluğun dəyişməsi səbəbindən AMOC daha yavaş hərəkət etməyə başlayıb.
Alimlər xəbərdarlıq edirlər ki, AMOC yavaşlamağa davam edərsə, bu, istilik ötürülməsinin azalmasına gətirib çıxaracaq, isti ərazilərin daha da istiləşməsinə, soyuq ərazilərin isə daha soyuqlaşmasına səbəb olacaq. Bu, qlobal iqlim dəyişikliyini, dəniz səviyyəsinin qalxmasını, dəniz ekosistemlərinə və iqlimə təsiri artıra bilər.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”