“İkimizdən birimiz prezident seçiləcəyik”

16:15 23-10-2017 | icon 1395 | Siyasət
“İkimizdən birimiz prezident seçiləcəyik”

“İki qardaşıq. Yəqin ki, ikimizdən birimiz yenidən prezident seçilib, millətin xoşbəxt gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Bu sözləri A24.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2018-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürəcəyi haqda danışarkən deyib. O, namizədliyini irəli sürəcək digər şəxslərin ona və İlham Əliyevə heç zaman rəqib olmayacağını bildirib:

“Namizədliyimi qurultay təsdiq etdikdən sonra irəli sürəcəyəm. Rəsul Quliyev, Hüseyn Abdullayev və İsa Qəmbər kimi namizədliyini irəli sürəcək insanlar bizim üçün çox zəif və yaramaz rəqiblərdir. Çox istərdim ki, rəqiblərimiz güclü olsun. Buna baxmarayaq, biz yenə də iştirak edəcəyik. Nə Rəsulun, nə də ki digər namizədin Azərbaycana qayıdışı gözlənilmir. İsa Qəmbərə qaldıqda isə, köhnə adamdır, agentdir. Kimlərsə ortaya salacaq və bizə rəqib kimi təqdim edəcək. Buna görə də bunları özümə güclü rəqib kimi görmürəm. İki qardaşıq. Yəqin ki, ikimizdən birimiz yenidən prezident seçilib, millətin xoşbəxt gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Adları qeyd olunmuş şəxslər isə yaramaz, rüşvətxor və vaxtilə Azərbaycandan qovulmuş şəxslərdir. İsa da, rəhmətlik Elçibəy demişkən, mən dünyada hər şeyi gördüm, amma İsa kimi dünyada ikinci satqın görmədim. Buna görə də bu insanlar bizə bəlli simalardır. İndidən onlar mənə qarşı yalançı təbliğatlar aparmağa başlayıb. Bütün bunlara baxmayaraq, bizi yolumuzdan heç bir qüvvə döndərə bilməz”.

Qeyd edək ki, H.Hacıyev 2003-cü il və  2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində də iştirak edib. Birinci seçkidə  8 namizəd arasında 9.990 səs, ikincidə isə 7 namizəd arasında 23.771 səs toplamaqla sonuncu yeri tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?