Ermənistan parlamentində təcili iclas
Azərbaycanla sərhədin müəyyənləşməsi müzakirə ediləcək
Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.
Məlumata görə, parlamentdəki müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.
Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.
Qeyd edək ki, parlamentin dördgünlük iclası aprelin doqquzunda başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcəklər.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...