ALDP üzvlərinə təzyiqlərlə bağlı bəyanat

12:49 23-10-2017 | icon 516 | Siyasət
ALDP üzvlərinə təzyiqlərlə bağlı bəyanat

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Versus.Az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, partiya üzvlərinə polis tərəfindən olan təzyiqlər və bəzi təşkilatı məsələlər müzakirə olunub. ALDP üzvlərinə təzyiqlərlə bağlı bəyanat qəbul olunub.

Bəyanatda deyilir:

Mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağırılır və təzyiqlərə məruz qalılar. Belə ki, İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılmışdılar. Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması tələb olunub. Liberal Demokrat partiyasının üzvləri Azərbaycan vətəndaşların “Sərbəst toplaşmaq haqqında qanuna” əsasən bu İCAZƏLİ mitinqlərdə iştrak ediblər. Buna baxmayaraq ALDP Səbail rayon təşkilatının rəhbəri, “BakMilTV” baş redaktoru İlham Rəsulzadə və “BakMilTV” operatoru İbrahim Şahbazov yenidən Səbail rayonu 9-cu Polis bölməsinə çağırılıblar.

ALDP hesab edir ki, bu həm Azərbaycan vətəndaşlarına, həm də media nümayəndələrinə qarşı polis tərəfindən təzyiqdir. Partiya hakimiyyəti polis zorakılığına əl atmamaq, müxalif fikirli insanlara dözümlü olmağa və konstitusiyamızın vətəndaşlara verdiyi hüquqları məhdudlaşdırmamağa çağırır.

ALDP hakimiyyəti müxalifət daxilində bütün neqativ təsirli söz-söhbətlərə son qoymağa və vahid mərkəzdə birləşməyə çağırır.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?