"Deyir fürsətdir, qaçım bir mitinq keçirim desinlər ki, “şahqulu yamaq yamayır”” – MÜSAHİBƏ

14:19 23-10-2017 | icon 676 | Siyasət
"Deyir fürsətdir, qaçım bir mitinq keçirim desinlər ki, “şahqulu yamaq yamayır”” – MÜSAHİBƏ

“Piket keçirib “mən də varam” deməklə deyil”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Cərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi.

– Sərdar bəy, mitinqlər yenə də dəbə düşüb. Məsələ bir çox partiyalar tərəfindən birmənalı qarşılanmasa da, mitinqlərə qoşulmalar oldu. Sizin fikrinizcə, müxalifətin mövcud susqunluğunu mitinqlərlə aradan qaldırmağa çalışması mövcud sosial-ictimai-siyasi duruma nə dərəcədə adekvatdır?

– Azərbaycanda “demokratika = mitinq” deyə bir fikir formalaşıb. Sanki “demokratiya” deyiləndə,  mitinq, müxalifət başa düşülməli, bunlar yoxdursa, demək demokratiyada yoxdur” anlayışı yaranıb. Demokratiyanın 160-a yaxın ünsürü var ki, onlardan biri də mitinq-nümayişlərdir. Müxalifət təkcə mitinq keçirmək üçün təşkilatlanmır. Onun birinci işi xalqı maarifləndirmək, ictimai-siyasi hadisələr haqqında xalqın mövqeyini müəyyənləşdirmək, hakimiyyətə kadrlar hazırlamaq, hakimiyyətə tələbləri həyata keçirməsi üçün həm dəstək, həm təzyiq göstərməkdir və sair. Azərbaycan müxalifəti özü üçün ictimai rəydə elə bir dar çərçivə çızıb ki, sən mitinq keçirirsənsə müxalifətsən, mitinq keçirisənsə demokratsan, varsan. Mitinq keçirmirsənsə, nə müxalifətsən, nə demokratsan, nə də mövcudsan. Bunlar çox yanlış yanaşmadır. Bu, əksinə, Azərbaycan xaqlının demokratiya uğrunda mübarizəsinin məhdudlaşdırılmasının bir normasıdır. Əslində xalqa nümayiş etdirməlyik ki, siz mitinqsiz də yüzlərlə vasitələrdən istifadə edərək hüquqlarınızı müdafiə edə bilərsiniz.

“Müxalifətin istənilən hərəkəti müsbət dəyərləndirilə bilməz”

– Müxalifətin yüzlərlə mübarizə vasitələrinin olduğunu dediniz. O zaman niyə digər vasitələrdən istifadə edə bilmir və edirsə, niyə göstərmir?

– Hüquqda iki cür cinayət var: hərəktlilikdən doğan cinayət, bir də gözləmədən doğan cinayət. Məsələn, polis iki nəfərin davasını görür, amma müdaxilə etmədiyi üçün qətl baş verir. Burda əsl cinayəti polis törətmiş olur. Bu baxımdan müxalifətin istənilən hərəkəti müsbət dəyərləndirilə bilməz. Bəzən yersiz hərəkətliliyin özü də müxalifətə, demokratiyaya ziyandır. Bəzən də əksinə, gözləmə mövqeyi müxalifətə və demokratiyaya ziyandr. Bu baxımdan, keçirilən aksiyaların nə dərəcədə ciddi sosial sifariş, nə dərəcədə beynəlxalq müstəvidə baş verən hadisələrə adekvat olmasına, həmin partiyanın sonrakı addımları ilə nə dərəcədə uzlaşa biləcəyinə fikir vermək lazımdır. Yoxsa küçələrə çıxıb piket keçirib  “mən də varam” deməklə deyil. Bu həm kütlənin nüfuzdan salınması, həm müxalifətin cəbhdə gözdən düşməsi, eyni zamanda demokratiya haqqında xalqın fikrini korlamaq deməkdir.

“Müxalifət özünü özünə aid olmayan vəzifələrlə yükləyir”

– Dediyiniz o xüsusatları nəzərə alsaq, mitinqlərin keçirilməsi mövcud duruma adekvatdırmı?

– Mən bunu bir dəfə də demişəm, keçirilən bu cür mitinqlər iqtidarın xeyrinədir. Yəni tutaq ki, 3 milyard yarım dollar korrupsiya faktı aşkar olunubsa və öklə əhalisinin içərisindən yalnız 2-3 min nəfərlə mitinq keçirilirsə, bu əslində korrupsionerləri həvəsləndirmək deməkdir. Bununla da nümayiş elətdirirlər ki, Azərbaycan xalqı korrupsiyanı təkzib edir və ona görə də küçələrə çıxan yoxdur.

Tarix də göstərir ki, bəzən təkcə bir nəfərin narazılığı da böyük etiraz dalğasını yaratmış olur. Məsələn, şiyəliyin yenidən dirçəlməsində bir nəfər ağsaqqalın sözü stimul olub. İmam Hüseynin başını kəsib gətirəndə yezid əlindəki əsa ilə İmam Hüseynin kəsilmiş başına vurub deyib ki, kim ədalətsiz hakimiyyətin əleyhinə çıxacaqsa, sonu belə olacaq. Onda onun öz yaxın adamlarından bir ağsaqqal qabağa çıxaraq deyib ki, – “Allah sənə lənət eləsin, sən peyğəmbərin nəvəsi ilə necə davranırsan?” Onu  öldürüblər, amma onun bir kəlməsi həmin Kərbəlada Kufəyə yığılmış 10 minlərlə insanı şiyəlik mövqeyinə gətirib.

Söhbət ondan gedir ki, bəzən yerində deyilmiş söz, bir ordunun gücündən də çox böyük nəticələrə gətirib çıxara bilər. Bəzən düşünülməmiş şəkildə ordunu döyüşə çıxaranda onu məhvə apara bilər. Burda məsələ formallığa yox, nəticəyə hesablanmalıdır. Nəticə yoxudrsa, onda o səbəblər düzgün seçilməyib. Hesab edirəm ki, indi sosial sifariş olmadığına görə, müxalifət yalnız öz tərəfdarları və funksionerlərindən ibarət aksiyalar keçirir. Ona görə də bu aksiyalar çoxmilli olmur. Biz gözləməliyik ki, xalq özü küçələrə çıxmağa başlasın və onda müxalifət həmin aktiv hissəni təşkilatlandırmalıdır. Yoxsa özümüz xalqın əvəzinə küçəyə çıxmaqla demoqoqiyadan başqa bir iş görmürük. Adama deyərlər ki, xalq korrupsiyadan, işsizlikdən, söz azadlığının pozulmasından narazı olsa çıxıb küçəyə etiraz edər. Bilmək lazımdır ki, korrupsiya ilə hüquq-mühafizə orqanları, sosial problemlərlə Həmkarlar, insan hüquq və azadlıqlarının pozulması ilə hüquq-mühafizə orqanları, QHT-lər məşğul olmalıdır. Amma bütün bu hüquqların hamısını müxalifət öz üzərinə götürməklə demokratiyanı qüsurlu edir. Yəni demokratiyanı qüsurlu edən iki hal var ki, biri də səlahiyyətlərin bir əldə cəmlənməsidir. Məsələn, Azərbaycanda siyasi partiyalar niyə inkişaf eləmədi? Çünki partiyalar həmkarların funksiyasını öz üzrəinə götürdülər və həmkarların inkişafı üçün zəmin qalmadı. Daha sonra QHT-nın vəzifələrini öz üzərlərinə götürdülər, qeyri-dövlət təşkilatlarının inkişafına lüzum qalmadı və sair. Azərbaycan müxalifəti yalnız siyasi müxalifətin vəzifələrini yerinə yetirəcəyi və digər institutların inkişafına şərait yaradacağı təqdirdə güclü olacaq. Amma xalq elə düşünür ki, işsizlik, qiymətlərin artımı, sosial problemlərin hamısında müxalifət qabağa çıxacaq. Müxalifət özünü özünə aid olmayan vəzifələrlə yükləyir. Baxın, indi korrupsiyanın əleyhinə mitinqlər keçirirlər, amma bu vəzifə müxalifətin işi deyil, dediyim kimi bu, korrupsiyaya qarşı mübarizə idarəsinin işidir.

“Özü xəstə etdiyi demokratiyanı müalicə etməyi bacarmalıdır”

– Sizcə burda görünən məntiqsizlik və porodoks özünü nədə göstrir?

– Demokratiyanın özünün bir neçə xəstəliyi var. Məsələn, eyniadlı təşkilatlar yaradılır, yaxud seçkilərdə 10-15 namizədlər verilir. Buna “demokratik bataqlıq” deyilir. Yəni nəticədə seçici 10-15 demokratik nümayəndənin hansına səs verəcəyi çaşqınlığında qalır. İkincisi, demokratik funksiyaların bir əldə cəmləşməsidir. Bilirik ki, 4 demokratik cəmiyyətdə 4 əsas institut var və bunlar bir-biri ilə qarşılıqlı əməkdaşlıq göstərməlidir. Amma bunlar bir-birinin funksiyasını alıb. Biri siyasi partiyalardır ki, yalnız siyasi vəzifələri icra etməlidir. İkincisi həmkarlardır ki, sosial-iqtisadi hüquqların müdafiəsində iştirak etməlidir. Üçüncüsü QHT-lərdir ki, bunlar dövlətin əhatə edə bilmədiyi işləri yerinə yetirməlidirlər. Amma müxalifət bu gün meydanda təkdir. Çünki biz onları siasi proseslərə qoşmaqla yerindəcə öldürdük. Eyni zamanda müxalifət özü də zəiflədi. Ona görə də hesab edirəm ki, biz demokratiyanın nə olduğunu aydın başa düşməli və xəstə etdiyimiz demokratiyanı müalicə etməyi bacarmalıyıq.

“Müxalifətin keçirdiyi bu nümayişlər xalqın passivliyini artırır”

– Görünür, dediyiniz bu amillərə görədir ki, son vaxtlar müxalifətin fəaliyyətsizliyi tənqid olunmaqda davam edir. Siyasi partiyaların sakitliyə çəkilməsi sizcə mövcud duruma adekvatdırmı?

– Məsələn, həkimlikdə “gözləmə” taktikası var. Xəstənin müalicəsi zamanı bütün vasitələrdən istifadə olunandan sonra xəstə sağalmırsa, onda adətən gözləmə taktikası seçilir ki, orqanizm özü özünü vəziyyətdən çıxarsın.

Eləcə də xalqların da tarixində belə dövrlər olur ki, “gözləmə taktikası”nı seçməlisn ki, xalq özü özünü düşdüyü vəziyyətdən çıxarsın. Baxın, müxalifət xalqı bu vəziyyətdən çıxara bilmir. Nə ediriksə də xeyri yoxdur, xalq hərəkətə gəlmir. Deməli, bu gün biz gözləmə taktikasını seçməliyik ki, xalq özü öz içindən başa düşsün ki, yanlış yerdədir və ondan sonra ayağa qalxsın. Azərbaycan müxalifəti gözləmə taktikasına əməl eləmir. Mütəmadi olaraq xalqın bu ağır xəstəliyinə müdaxilə edib onun vəziyyətini bir az da ağırlaşdırır. Müxalifətin bu gün keçirdiyi nümayişlər xalqın passivliyini artırır, onu daha da ağır vəziyyətə salır.

Bütün partiyalar sakit oturub. Kimsə də deyir ki, fürsətdir, mən qaçım bir mitinq keçirim desinlər ki, şahqulu yamaq yamayır”.  Bu düz deyil. Sən təkcə “filan partiya mitinq keçirdi” desinlər deyə, mitin keçirməklə, xalqın apolitik vəziyyətini artırırsan axı.

“Televiziyalar müxalifətin, o cümlədən YAP-ın üzünə bağlanıb”

– Sərdar bəy, bəzən aydınlar hesab etdiyimiz insanların fikrini eşitmək istəyirik, amma onlar problemlə bağlı suallara cavab vermək istəmir, söz deməyə belə ərinirlər. Bu nəyin göstəricisidir?

– Əvvəla heç kəs danışmağa ərinmir. Veber siyasətçi üçün bir keyfiyyət müyyən eləmişdi. O keyfiyətlərdən biri ondan ibarətdir ki, siyasətçi hadisələrə nüfuzetmə qabiliyyətinə malik olmalıdır. Yəni tutaq ki, mənə verilən sualla bağlı hadisələrin mahiyyətindən xəbərsizəmsə, nə cavab verə bilərəm. Bizim siyasi liderlərimizə gəlincə, onlar hadisələrin mahiyyətinə varıb iş apara bilmirsə, ziyalı necə baş çıxarsın? Məsələn, indi bəziləri başlayıblar ki, “Avropa Şurasından çıxaq”, “nəyimizə lazımdır”, yaxud Allahşükür Paşazadə deyir ki, “vicdan nə olan hisdir” – siyasətçilər belə düşünürsə, başqasına nə deyəsən? Belələrinə baxanda mənə elə gəir ki, bu adamalar daş dövründən qalıb, siyasətn nə olduğunu bilmirlər. Siyasət o sahə deyil ki, ağına-bozuna baxmadan danışasan. Ona görə də o ziyalıların suallardan qaçmasını təbii sayıram.

Bunun bir səbəbi də televizyalarda siyasi debatların olmamasıdır. Heydər Əliyevin vaxtında televiziyalarda belə debatlar olardı. Xalq ardıcıl olaraq bu debatlara qulaq asmaqla da siyasi cəhətdən maariflənirdi. Amma çox təəssüf ki, Azərbaycan televiziyaları müxalifətin, o cümlədən YAP-ın üzünə bağlanıb. Xalqın da maariflənməsi ilə məşğul olan heç kəs yoxdur. Dialoq, disskusiyalar olmadıqca, açıq təbliğat aparılmadıqca, cəmiyyət bu durumda qalacaq.

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?