“Heç vaxt imkan vermiyəcəm ki, xəyanətkarlar hakimiyyətə gəlsinlər”

18:39 23-10-2017 | icon 562 | Siyasət
“Heç vaxt imkan vermiyəcəm ki, xəyanətkarlar hakimiyyətə gəlsinlər”

“Son günlər Made in Azerbaijan feysbuk səhifəsində mənim adımdan yalan fikirlər yazılıb paylaşılır. Mənim demədiyim fikirləri iyrənc şəkildə, özlərinə layiq formada tirajlamağa başlayıblar”.

Versus.Az xəbər verir ki, bu sözləri özünün “Facebook” səhifəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yazıb. Partiya sədri bildirib ki, bu cür qarayaxmalar onu heç vaxt yolundan döndərə bilməz. H.Hacıyevin fikrincə, onun ünvanına yönələn bu cür qarayaxmaların arxasında müəyyən şəxslər durur:

“Əli, İsa, Cəmil kimiləri və qaçıb Avropada gizlənənlər mənim ideoloji basqılarımla üzləşiblər, bundan sonra da üzləşəcəklər. Heç vaxt imkan verməyəcəm ki, satqın xəyanətkarlar Azərbaycanda hakimiyyətə gəlsinlər”.

MMP sədri bəyan edib ki, sosial şəbəkələrdə saxta profillər açdırıb onun haqqında çox iyrənc, bəsit fikirlər yazdırıb əl çaldıranların bu cür əməllərinin ayaq açıb yeriməsinə imkan vermiyəcək:

“Yaxşı bilirəm seçki ərəfəsində mənim barəmdə bu cür iyrənc fikirləri kimlər yayımladır. Onlara da üzümü tutub deyirəm, ay bədbəxtlər, bu uydurma yazılarınızla heç nəyə nail ola bilmiyəcəksiz. Mən sizlərlə açıq “müharibə” aparıram. Sizin kimi Avropada orda-burda klaviatura arxasında murdar işlərlə məşğul deyiləm. Siz də mənimlə “müharibəni” açıq aparın. Onu da bilin ki, sizlərin  bu cəfəng fikirlərinə heç kim inanmır və inanmıyacaq. Nə qədər ki, mən varam, adını çəkdiyim və çəkmədiyim ünsürlər hakimiyyətə gəlmiyəcəklər. Əbəs yerə özünüzü yormayın”.

H.Hacıyev statusunun sonunda barəsində yalan yazan şəxsləri satqın, xəyənatkar adlandırıb:

“Erməni qohumlarınızın pulu hesabına mənim ünvanıma dediklərinizə özünüzdən başqa heç kim inanmır. Odur ki, özünüzü yormayın”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?