Yer tarixinin ən iri ilanının QALIQLARI
Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər.
Bu barədə tədqiqatçılar “Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə yazırlar.
Tədqiqatçılar hesab edirlər ki, o, “Madtsoiidae” ailəsinin ən böyük üzvü sayılan ilanın uzunluğu 15 metrə çatıb (avtobusdan daha uzun – red.).
Tapılan sürünən bir çox fərdi xüsusiyyətlərə əsaslanaraq yeni növ kimi təsnif edilib və ənənəvi olaraq Şiva tanrısının boynunda təsvir olunan mifik ilanının şərəfinə “Vasuki indicus” adlandırılıb.
Mütəxəssislərin fikrincə, ilan ölkədə təxminən 47 milyon il əvvəl yaşaya bilərdi.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi