“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

15:01 25-05-2024 | icon 617 | Siyasət
“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Arzu Nağıyev: "Azərbaycan bütün istiqamətlərdə öz hədəfinə çatacaq”

 

“Məhz delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti nəticəsində artıq anklav olmayan və ermənilərin 90-cı illərdə işğal elədiyi 4 kənd qaytarıldı. Bu Azərbaycan diplomatiyasının, eyni zamanda cənab Prezidentin apardığı siyasətin uğurlu nümunəsi kimi dəyərləndirilir. Bu, suverenliyimizin bərpası istiqamətində atılan ən ciddi addımlardan biridir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

 

Deputat qeyd edib ki, 44 günlük müharibədə əldə edilmiş qələbədən sonra imzalanmış müvafiq sənədə uyğun olaraq Azərbaycanın 4 kəndinin qaytarılması əsas istiqamətlərdən biri kimi müsbət həllini tapdı. Onun sözlərinə görə, bu suverenliyimizin bərpası istiqamətində atılan ən ciddi addımlardan biridir:

 

“Artıq həmin yerdə sərhəd qoşunların müvafiq qurumları xidmətə başlayıb. Sərhəd dirəkləri basdırılmışdır və ermənilər tərəfindən də sərhəd qoşun hissələri bölgəyə gətirilib. Bu böyük qələbədir. Bir güllə atılmadan ərazilərin azad edilməsi çox mühüm addımdır”.

 

A.Nağıyev Ermənistanda revanşist qüvvələrin bu prosesə maneə yaratmaq üçün qurduğu oyunların bu gün də erməni keşişlərinin diqtəsi ilə davam etdiyini deyib:

 

“Revanşist qüvvələr buna maneə olmağa çalışır. Lakin Azərbaycan bütün istiqamətlərdə öz hədəfinə çatacaq”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il