Özünü güllələyən professordən XƏBƏR VAR
Xəbər verdiyimiz kimi, Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünün güllələyib.
73 yaşlı pediatr Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı.
Modern.az məsələ ilə bağlı ATU-nun mətbuat xidməti ilə əlaqə saxlayıb.
Universitetdən sayta bildirilib ki, son günlər Nəsib Quliyevin səhhətində heç bir problem müşahidə olunmayıb.
Məlumata görə, o, dünən, aprelin 23-də də universitetdə olub və dərsdə iştirak edib.
Qeyd edək ki, intiharla bağlı araşdırma aparılır. Baş Prokurorluqdan bildirilib ki, hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi