“Ölkəmizə qarşı “yerli balta sapları”ndan da istifadə edilir”
“Millətlə dövlətin birliyi qarşısında beynəlxal təşkilatlar bizə heç nə diqtə edə bilməz”
“Beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək öz-özünü aldatmaqdır. ATƏT-in, BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərini erməni işğalçılarından azad edib bizə verəcəyi ilə bağlı heç bir əməl görünmür”.
Bunu Versus.Az-a MMP sədri Hafiz Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsi tələbi ilə çıxış edən ATƏT-in Minsk Qrupunun, eləcə də digər beynəlxalq qurumların mövcud mövqeləri ilə bağlı açıqlamasında bildirib.
H.Hacıyev prezidentlərin Cenevrə görüşü zamanı Ermənistanın cinayətkar başçısı Sarkisyanın sərsəm fikirləri ilə danışıqların pozulduğunu bildirib. Partiya sədri bu mənada hesab edir ki, beynəlxalq təşkilatların danışıqların davam etdirilməsi ilə bağlı tələbləri sadəcə Azərbaycanın başının altına yasdıq qoymaqdır:
“Heç bir beynəlxalq təşkilatlardan kömək uma bilmərik. Biz yalnız Prezidentin ətrafında sıx birləşib vahid bir güc toplamaqla ərazilərimizi işğaldan azad edəcəyik. Prezidentimiz bu istiqamətdə uğurlu siyasət aparır”.
H.Hacıyev Qərb və Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələrin Azərbaycana qarşı əks fəaliyyətdə olduğunu qeyd edib. Partiya sədri ölkəmizə qarşı “yerli balta sapları”ndan da istifadə edilmə faktlarını istisna etməyib:
“Biz bu yöndə xalqla ardıcıl işlər aparmalıyıq. Millətlə dövlətin birliyi qarşısında nə ATƏT, nə Avropa Şurası, nə də digər beynəlxal təşkilatlar bizə heç nə diqtə edə bilməzlər. Biz ordumuzu, iqtisadiyyatımızı gücləndirməklə özümüz öz torpaqlarımızı işğaldan azad edəcəyik”.
Gözəl Nəcəfli
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...