Uzun yaşamağa haqqı olan XALQ ARTİSTİ

11:06 22-05-2024 | icon 380 | Mədəniyyət
Uzun yaşamağa haqqı olan XALQ ARTİSTİ

Bu gün sizə Azərbaycan xalqının sevimli aktyorlarından biri - xalq artisti Yasin Qarayevdən söhbət açmaq istəyirəm. O Yasin Qarayevdən ki, bizim uşaqlıq illərimizin qəhrəmanı olub. Hazırda teatrımızın bahadırlarından biridir. Bir vaxtlar "sehirli qutu"da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə televiziyada araya-ərsəyə çıxmır, tamaşaçılarını intizarda saxlayır…

 
 
 
Yaşı elə də çox deyil, bir də ki, aktyor üçün nə yaş? O qədər filmlərimizdə onun yaşına uyğun rollar var ki, nədənsə rejissorlar belə teatr bahadırlarının yerinə həvəskar aktyorları çəkirlər. Bəlkə də elə buna görədir ki, filmlərimiz Yalamadan o tərəfə gedib çıxa bilmir. Sanki onların ölkədən çıxışına “qırmızı işıq” yandırılıb…
 
 
Yasin Qarayev 1946-cı ildə Şəmkir rayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
 
 
1991-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bir neçə dəfə prezident mükafatçısı olub. 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır…
 
 
Deyir ki,- “Müslüm Maqomayev qədər sevdiyim, pərəstişkarı olduğum ikinçi bir estrada müğənnisi tanımıram. Uşaqlığ çağlarımdan həmişə onun ecazkar və bənzərsiz səsinin pərəstişkarı olmuşam. Mənim fikrimcə Tanrı bütün gözəllikləri ona vermişdi. Güclü, məlahətli səs, boy-buxun, səhnə yaraşığı, jest, plastika və çox şey. Müslümü bircə dəfə dinləyən tamaşaçı onun sehirli səsinin tilsiminə düşməyə bilməzdi. Tanrı ona dünya estrada musiqisinin imperatoru kimi yüksək bir zirvə bəxş etmişdi. Və o da sonuncu imperator olduğu üçün həmin titulu özü ilə Tanırının yanına apardı…”
 
 
…Yasin Qarayev- layiqli adamlar haqında xoş söz deməyə tələsən insan. Xeyirxahlıqda xəsis olmayan, abırına sığınıb dünyanın gərdişini səbrlə seyr edən görkəmli şəxsiyyət…
 
 
Bu yaxınlarda təsədufən "facebook" platformasında səhhətində yaranan problemlə bağlı məlumata rast gəldim. Düşünürəm ki, yaşla əlaqədar problemlərdir. Ürəklərdə yuva qurmağı bacaran şəxsin həyatda uzun yaşamağa haqqı var. Allah ömrünü uzun etsin!..
 
 
Mayın 22-si Yasin müəllimin 78 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram!
 
 
 
Elman Eldaroğlu
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?