"Hər iki tərəfin bir-biri ilə yaxşı münasibətlərə ehtiyacı var"
“Avropa İttifaqı öz dəyərlərinin Azərbaycanda da qəbul edilməsində maraqlıdır. Bu gün hər iki tərəfin bir-biri ilə yaxşı münasibətlərə ehtiyacı var. Bu baxımdan bu görüş qarşılıqlı maraqları əks elətdirən sənədlərin imzalanmasına gətirib çıxarmalıdır”.
Bunu Versus.Az-a millət vəkili Aydın Mirzəzadə Avropa İttifaqı və Azərbaycan arasında 26-27 oktyabr tarixində Bakıda baş tutacaq yeni tərəfdaşlıq sazişinin növbəti müzakirəsi ilə bağlı açıqlamasında bildirib.
O, görüşdə sazişin bütün detallarına dair intensiv danışıqların olacağını deyib:
“Azərbaycan Avropa İttifaqının üzvü deyil. Amma təşkilat və təşkilata üzv olan dövlətlərlə normal dostluq münasibətləri var. Bu gün Azərbaycanın artan iqtisadiyyatı, beynəlxalq aləmdəki dipomatik nüfuzu, dövlət quruculuğunda qazandığı nailiyyətlər bütün dünyanın diqqətini cəlb edir. Bu mənada ilk növbədə əlaqələrin daha güclü və daha çevik olmasına çalışılır”.
Millət vəkili bildirib ki, ortada viza, qarşılıqlı humanitar əlaqələrin möhkəmləndirilməsi, elm, təhsil, gənclər siyasəti sahəsində birgə əməkdaşlıqla bağlı məsələlər var:
“Azərbaycan Avropa İttifaqına Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı məsələsini çatdıracaq. İşğal faktı qaldıqca beynəlxalq hüquq normaları, birgə yaşayış dəyərləri nüfuzdan düşür və əhəmiyyətini itirir. Hesab edirəm ki, Avropa İttifaqı ilə aparılan iki günlük müzakirələr tərəflərin mövqelərini bir-birinə yaxınlaşdıracaq”.
Tahirə
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...