Əməkdaşlıq Şurası jurnalistlərin təqibinə qarşı
SƏM hakimiyyəti jurnalistlərin təqibini dayandırmağa çağırıb.
Oktyabrın 19-da KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.
Versus.Az-ın məlumatına görə, Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Qeyd edilib ki, müstəqil dövlətçilik ideyası daşıyıcılarının, Azərbaycan xalqına layiq bir hakimiyyət komandasının iqtidara gələcəyi, xalqın dərdlərinə məlhəm olacağı gün uzaqda deyil.
Əməkdaşlıq Şurası Ukraynada jurnalist Fikrət Hüseynlinin həbsindən təəssüfləndiyini və təəccübləndiyini bildirib. Çıxışçılar Azərbaycan hakimiyyətini ölkə xaricində və daxilində jurnalistlərin təqibini dayandırmağa, ölkənin köklü problemləri ilə məşğul olmağa çağırıb.
Tədbirdə eyni zamanda ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...