“Bizi bir-birimizə düşmən edə bilməzlər”

15:46 18-10-2017 | icon 828 | Siyasət
“Bizi bir-birimizə düşmən edə bilməzlər”

“Hafiz Hacıyev bu cür iyrənc siyasəti beşiyindəcə boğmağı yaxşı bilir”

“Kimlərsə yenə Azərbaycan Prezidentinə qarşı qara piara başlayıblar. Özü də bu dəfə çox iyrənc və bəsit formada. Onlar mənim adımdan İlham Əliyevlə bağlı statuslar paylaşırlar. İstəyirlər ki, siyasətini dəstəklədiyim, hakimiyyətdəki xəyənatkar qüvvələrdən və müxalifətdəki milliyəti qarışıq siyasətbazlardan qoruduğum qardaşımı mənim əlimlə vursunlar. Amma bizi bir-birimizə düşmən edə bilməzlər. Onu da bilməlidilər ki, Prezident bu cür iyrənc piarla məşğul olanların fitvasına gedən deyil. Çünki qardaşım mənim ona münasibətimi özü çox gözəl bilir”.

Bunu Versus.Az-a Azərbaycanın daxilində və xaricində dövlətə qarşı çıxan insanların Avropada xüsusi olaraq yaratdıqları təxribat xarakterli sosial səhifələrdə adının qərəzli formada hallandırılmasına qarşı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Qeyd edək ki, Made in Azerbaijan adlı feysbuk səhifəsində H.Hacıyevin adından status paylaşılıb. Statusda MMP sədrinin Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə görüşündən hiddətləndiyini əks etdirən fikirlər yazılıb. H.Hacıyev yazılanları təkzib edərək, heç bir halda İlham Əliyev haqqında belə bir fikirlər səsləndirmədiyini deyib:

“Prezident İlham Əliyev Beynəlxalq tədbirlərdəki bütün çıxışlarında hər zaman Azərbaycanın ərazi bütövlüyünü önə çəkərək, regionda ikinci bir Ermənistan dövlətinin yaranmasına imkan verilməyəcəyini bəyan edir. Prezident bunun üçün lazım gələrsə hərb gücünə əl atılacağını da vurğulayır. Bunları bilə-bilə və onun siyasi kursunu qəbul edib neçə illərdir müdafiəsində durduğum halda necə o cür fikir söyləyə bilərəm? Məni tanıyan Azərbaycan xalqı da yaxşı bilir ki, mən ömrümü qardaşım İlham Əliyevin müdafiəsinə, Azərbaycan dövlətçiliyinin toxunulmazlığına həsr etmişəm və bundan sonra nə ömrüm varsa, bu cür də davam edəcəm, əqidəmdən dönməyəcəm. Azərbaycan prezidenti hər bir mütərəqqi dövlət başçısı kimi regionda qan tökülməsini istəmir. Ona görə də beynəlxalq vasitəçilərin iştirakı ilə erməni separatçılarını bir daha sülhə dəvət etmək üçün danışıqlara qatılmalıdır. Bu, onun apardığı siyasətin güclü tərəfidir. Və mən bu siyasətin Azərbaycanın xeyrinə olduğunu bildiyim halda buna qaşı heç vaxt çıxmaram”.

MMP sədri bildirib ki, dövlət başçısının apardığı siyasəti zəiflətmək üçün onu özünə qardaş bilən bir adama qarşı qara piara başlanması təsadüfi deyil:

“Kərimov Əli xaricdə oxuyan övladlarını, Cəmil Həsənli milliyəti qarışıq olan qohumlarını Avropadan Azərbaycana tərəf qışqırdır. Hakimiyyətin daxilində olan xəyənatkarlar da onlara “riqlovka” verir. Mənim adımdan yazdıqlarına heç özləri inanırlar? Ömrümü qardaşımı bu cür xəyanətkar insanlardan qorumağa həsr etdiyim halda belə bir sözlər işlədərəmi? Bəsit yalanlarına, şər-böhtanlarına özlərinin də inanmadığı halda qardaşım İlham Əliyev heç inanmaz. Çünki o, birincisi məni yaxşı tanıyır, ikincisi bu cür cılız təxribatlara əhəmiyyət verməz”.

H.Hacıyev özünün feysbuk səhifəsində də iyrənc piarla məşğul olanlara müraciət edib:

“Öz ürəyinizdən kecən iyrənclikləri mənim adımdan yazıb paylaşmaqla kimin əmrlərini yerinə yetirisiz bilmirəm, hec bilmək də istəmirəm. Sizə bunları yazdıranlara deyin ki, Hafiz Hacıyev deyir ki, İlham Əliyev mənim qardaşımdı, həmişə də qardaşım olaraq qalacaq! Mən və mənim partiyam həmişə Azərbaycan Prezidentini müdaifə edib və edəcək”.

H.Hacıyev bildirib ki, onun adından Prezidentə qarşı paylaşılan stausların arxasında kimlərin durduğunu məhkəmə yolu ilə araşdıracaq və kimliyindən asılı olmayaraq həmin şəxslərin cəzalandırılmasına çalışacaq:

“Belələrinin dərsini vermədikcə, digər mənfurlar da Azərbaycandakı söz azadlığından pis niyyətləri üçün sui-istifadə edəcəklər. Amma Hafiz Hacıyev bu cür iyrənc siyasəti beşiyindəcə boğmağı yaxşı bilir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?