Tünzalə Ağayeva “Dream fest”in qırmızı xalısında

00:32 29-07-2024 | icon 495 | Şou-biznes
Tünzalə Ağayeva “Dream fest”in qırmızı xalısında

Xalq artisti Tünzalə Ağayeva “Dream fest”də iştirak edib.

 

Versus.Az xəbər verir ki, pop ulduz təqdirəlayiq addım ataraq qırmızı xalıdan məhz fiziki məhdudiyyətli insanlarla keçib.

 

Füsünkar görünən sənətçi qırmızı xalı üçün mavi geyim seçib.

 

Jurnalistlərin suallarını cavablandıran star fikirlərini dilə gətirib:

 

“Bu gün tək deyiləm. İstədim ki, cəmiyyətimiz tək ulduzlarımızı yox həm də həyatımızın əsas ulduzkarını görsünlər. Elə məhz buna görə də qərara gəldim ki, “Dream fest”in qırmızı xalçasından tək keçməyim, yanımda Nicatla Hüseyn olsun. Onlar çox istedadlıdırlar. Nə qədər ki, səhnədəyəm, mən daim onların yanında olacağam. Bu da cəmiyyətə bir mesaj olsun. Biz hamımız eyniyik, uğurluyuq. Fərqi yoxdur necə dünyaya gəlmişik. Allah hər birimizin yolunu açıq etsin”.

 

Qeyd edək ki, festivalın bağlanışında səhnə alan pop ulduz Sea breeze”n səhnəsinə çıxaraq ən məşhur hitlərini səsləndirib. Ağayeva “Dünya səndən ibarət”, “Gözləyirəm” və “Bir də baxım” mahnılarını ifa edib.

Pop ulduzun çıxışı böyük izdihamla qarşılanılıb.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?