Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti BİZBIRÇILIQ

10:49 29-07-2024 | icon 302 | İdman
Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti BİZBIRÇILIQ

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

 

Versus.Az Olympics.com-a istinadla xəbər verir ki, fransalılar təşkilatçılıqdakı nöqsanları ilə özlərini biabır etməkdə davam edirlər.

 

Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçı qalmaqalla başlayıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib.

 

Bir müddət keçdikdən sonra təşkilat komitəsi səhvini düzəldib. Amma azarkeşlər baş verənlərə sərt narazılıq ediblər.

 

Olimpiadanın startından keçən qısa müddətdə üzr istəməyə adət edən təşkilat komitəsi yenə səhvinə münasibət bildirib. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib: "Əgər belə olubsa, biz üzr istəyirik".

 

Qeyd edək ki, bu matçda sudanlılar 90:79 hesablı qələbə qazanıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?