ALDP GT-nin sıraları genişlənir
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Gənclər Təşkilatının (GT) sədri Murad Əliyev təşkilatın Rəyasət Heyətinin iclasını keçirib.
Versus.Az xəbər verir ki, iclasda GT-nin bir ayın fəaliyyətinin hesabatı, 18 oktyabr Müstəqilik Günü ilə bağlı tədbirlərin keçirilməsi, bu ilin dekabrın 31-nə qədər fəaliyyət proqramı və ictimai-siyasi vəziyyət müzakirə olunub.
Fəaliyyətlə bağlı çıxış edən Ülvü Əfqanlı bildirib ki, bu bir ay ərzində GT-yə 16 nəfər üzv yazılıb:
“Əsas odur ki, yeni üzvlər müxtəlif universitetdə təhsil alan gənclərdir. Bu da bizə gələcəkdə GT-nin təhsil ocaqlarında özəklərinin yaradılmasına imkan verəcək”.
ALDP GT sədri Murad Əliyev yeni üzvlərin partiyaya yazılmasını tövsiyə edib.
Toplantıda 18 oktyabr Müstqilik Günü ilə bağlı tədbirləin keçirilməsi proqramı təsdiq olunub.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...