ALDP: “Silah satışı və qeyri-qanuni istifadəsinin qarşısı alınmalıdır”

14:19 17-10-2017 | icon 472 | Siyasət
ALDP: “Silah satışı və qeyri-qanuni istifadəsinin qarşısı alınmalıdır”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın Gənclər Təşkilatı sədrinin hesabatı və bəzi təşkilati məsələlər müzakirə olunub.
Versus.Az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir:

“Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı şəhərində silahlı insedentlər baş verir. Vətəndaşlarda bu qədər qeyri-qanuni silahların olması bizi çox narahat edir. Belə ki, bəzi məmurların, biznes adamlarının ətraflarında olan “mühafizə” adı ilə silahlı dəstələrin aralarında olan mübahisələrdə qeyri-qanuni silahların işlədilməsi müşahidə olunur. Bu da ilk növbədə mülki vətəndaşların təhlükəsizliyini sual altına alır. Belə insidentlərin baş verməsi nəticəsində güllələnmə halları ilə də tez-tez rastlaşırıq”.
Bəyanatda qeyd olunur ki, bu sahədə nəzarətsizlik o həddə çatıb ki, oktyabrın 15-də Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu odlu silahdan yaralanıb:

“Hər gün belə hadisələrin baş verməsi təhlükəsi bizdən də yan keçməyib. Hesab edirik ki, hüquq-mühafizə orqanları silahların satışının və qeyri-qanuni istifadəsinin qarşısını almalıdır”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?