Türkiyənin məşhur aktrisası Bakıda tamaşa göstərəcək

13:06 05-08-2024 | icon 486 | Şou-biznes
Türkiyənin məşhur aktrisası Bakıda tamaşa göstərəcək

Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlir.

 

Versus.Az xəbər verir ki, sənətçi “Caspian Media Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyilə “Sherley Valentine” tamaşası ilə sevənlərinin qarşısına çıxacaq. Onun ikipərdəli mono tamaşası olan “Sherley Valentine” teatrsevərlərə unudulmaz anlar yaşadacaq.

 

Gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şirley Valentaynın hekayəsi...

 

Bu, özünü yenidən kəşf edən və həyatının cilovunu yenidən ələ alan bir qadının heyranedici hekayəsidir. Çoxsaylı teatr mükafatları laureatı olan Yavrucuk həm də Şirlinin rejissorudur və tamaşadakı bütün obrazları tək canlandırır.

 

Tədbir 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutacaq. Hər iki gecəyə biletlər 30 manatdan başlayır.

 

Qeyd edək ki, S.Yavrucuk Azərbaycanda “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. O, bundan başqa “Fatmagülün suçu ne?”, “Şahane hayatım”, “Evlilik hakkında her şey” kimi reytinqli layihələrdə də unudulmaz obrazlar canlandırıb.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi