Emin Ağalarovdan XEYRİYYƏ TƏDBİRİ

13:07 10-08-2024 | icon 475 | Şou-biznes
Emin Ağalarovdan XEYRİYYƏ TƏDBİRİ

Avqustun 4 və 9-da Circus Sea Breeze-də valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün xeyriyyə tədbriləri keçirilib.

 

Versus.Az xəbər verir ki, hər iki tədbirdə beynəlxalq müsabiqələrin qalibləri və artistlərin çıxışları gənc tamaşaçılara çoxlu pozitiv emosiyalar və təəssüratlar bəxş ediblər.

 

Möhtəşəm şoudan həzz alan uşaqlar gülüb və əyləniblər.

 

Bu xeyriyyə tədbirləri iyunun 1-dən başlayan və sentyabrın 1-dək davam edəcək “Monte-Karlo Əfsanələri” beynəlxalq sirk proqramı çərçivəsində baş tutub. Allahverdi İsrafilov və Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən sirk proqramı ilk günlərdən 8000-dən çox uşağı xeyriyyə aksiyalarına cəlb edib.

 

Tədbirlər başa çatdıqdan sonra uşaqlar və onların ailələri yaşadıqları sevinc və xoşbəxtlik anları üçün təşkilatçılara və sənətçilərə səmimi təşəkkürlərini bildirdilər.

Bu kimi tədbirlər yaxşılığa inamı gücləndirmək və Sea Breeze-nin dünyanı daha parlaq və mehriban bir yerə çevirmək öhdəliyini göstərmək üçün vacibdir.

 

“Monte-Karlo Əfsanələri” sirk proqramı getdikcə daha çox tamaşaçı cəlb edərək qonaqları sevindirməkdə davam edir və uşaq tamaşaçılarına qayğı və diqqət rəmzi olaraq qalır.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?