Tünzalə Ağayeva sarıya büründü

13:12 10-08-2024 | icon 509 | Şou-biznes
Tünzalə Ağayeva sarıya büründü

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsi üçün tarixi məkan olan “Space_13” də çəkdirdiyi fotosessiyasının ikinci hissəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, pop ulduz yeni görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb.

 

Ağayevanın geyimi tanınmış dizayner Lali Rüstəmovaya, stylingi isə Elnarə de Birbuetə məxsusdur. Yaradılan obraz və məhz bu ilin trendi sarı izləyiciyə günəşin rəngini, yayın əhvalını ötürür.

 

Xalq artistinin fotolarını Azər Cəfər çəkib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

 

Qeyd edək ki, “Space_13” zamanında İran əsilli neftçiyə məxsus olan, Şərq və Qərb sənətinin sintezini əks etdirən çiçək və həndəsi motivlər, filigran dekor və xarakterik dekorativ elementləri ehtiva edən tarixi “Mudejar” üslublu binadır. Sovet dövründə bina milliləşdirilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bina yenidən şəxsi mülkiyyətə çevrilib. Daha sonra isə “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmud tərəfindən əksər memarlıq elementlərinin və binanın ümumi görünüşünün ilkin vəziyyətdə qorunması ilə şərti ilə bina bərpa edilib.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY