“İkiüzlü təşkilatlara üzvlükdən imtina etməliyik”
“Avropa Şurasının məlum qətnamələri Azərbaycana qarşı yönəlmiş qərəzin ifadəsidir. Doğrudur, ölkəmizdə də müəyyən nöqsanlar, çatışmazlıqlar var. Lakin bütün bunlar o cür ermənipərəst qətnamənin qəbul edilməsinə əsas vermir”.
Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, əgər Avropa Şurası Dağlıq Qarabağda ermənilərin törtədiyi vəhşilikləri etiraf edərək yurd-yuvasından didərgin salınmış bir milyon insanın hüquqlarını müdafiə edən bir sənəd ortaya qoymuş olsaydı, bu cür qətnamənin qəbul edilməsində qərəz olmadığını düşünmək olardı. Amma AŞPA təpədən dırnağadək antiAzərbaycan qüvvələrə meydan verib, ermənilərə aşkar himayədarlıq edir:
“Eyni zamanda etiraf edilməlidir ki, həm daxildə, həm də xaricdə Azərbaycanı istəməyən qüvvələr var. Biz heç zaman sapı özümüzdən olan baltaların pisniyyət addımlarını unutmamalıyıq. Azərbaycana qarşı bu cür qərəzli sənədlərin qəbulunda ermənilərə qohumluq əlaqəsi çatan ölkəmizdəki bəzi məmurların da az “əməyi” yoxdur. Onlar bir növ Qərbə pas ötürür. İçimizdən olan satqın siyasi qüvvələrin də burada müəyyən rolu var”.
“Fərhad Əliyev orda-burda deyir ki…”
Partiya sədri iddi edir ki, bu məsələlərdə vaxtilə hakimiyyətdə təmsil olunan, indi isə yenidən hakimiyyətə qayıtmaq istəyən Fərhad Əliyev amili də var. H.Hacıyevin fikrincə, son vaxtlar ölkədəki siyasi prosesləri F.Əliyev maliyyələşdirir:
“Fərhad Əliyev orda-burda deyir ki, 4 milyard verib ölkəyə gəlmişəm. Sumqayıtda böyük bir zavod alıb. O zavodda işləyənlərin isə əksəriyyəti meydanlarda mənim qardaşımı təhqir edən insanların yaxın qohumlarıdır. Bunlar düşündürücü məsələlərdir. Məndə məlumat var ki, Avropa Şurasında Azərbaycan əleyhinə çıxan insanlarla da onun yaxın münasibətləri var. Cəmil Həsənli də Fərhad Əliyev vasitəsilə onlara yalançı faktlar verir. Fərhad Əliyev orda-burda deyir ki, ABŞ məni Azərbaycana prezident gətirmək istəyir. Bunların hamısı bir mənbədən qidalanır. Avropa Şurasında isə o qədər avara, yerində olmayan deputatlar var ki, onlar ökə daxilində çaxnaşma yaratmaq istəyən satqın məmur təbəqəsi ilə birləşib ölkənin imicinə zərbə vururlar.
Dövlət bizimdir. Hökumətdən, onun üzvlərindən incimək olar. Lakin dövlətdən inciyib dövləti satmaq, yalançı məlumatları aparıb Avropa Şurasında ermənilərlə sıx işləyən insanlara vermək olmaz. Biz Avropasız da yaşaya bilərik. Avropa bizə çörək, su vermir, Qarabağ problemini həll etmir. Onlar Azərbaycana təzyiq gösərməyə çalışılar. Lakin mənim qardaşım iradəli insandır. Onun peşəkar dövlət xadimi kimi davamlı manevrləri, siyasi iradəsi onu iddia etməyə əsas verir ki, dövlət başçısı heç bir şeyin qarşısında əyilməyəcək.
“İndi də gəlin İlqarı buraxaq, nə edəcək ki?”
Qərb filankəslərin siyasi məhbus olduğunu bildirir, onları azad etməyə çağırır. Buraxaq, nə olasıdır ki? Leyla Yunusu, Xədicəni, Tofiq Yaqublunu buraxdıq nə etdilər ki? İndi də gəlin İlqarı buraxaq, nə edəcək ki? Bunlara pas vermək lazım deyil. Bu, bizə böyük ziyan gətirən addımlar deyil. Onlar kimdir ki, bizə nə isə edə?
Bəlkə də bu sözüm birmənalı qarşılanmayacaq və məni Rusiyapərəsrlikdə qınayacaqlar, amma biz Rusiya ilə daha yaxından əməkdaşlıq edərək Avropa Şurası kimi ikiüzlü təşkilatlara üzvlükdən imtina etməliyik. Azərbaycan göstərməlidir ki, Qərb Qarabağı qaytarmaq bir yana, bizə qarşı davamlı qərəz sərgiləyirsə, deməliyik ki, mənə kim kömək edəcəksə, onun yanında duracam. Bu baxımdan Avropa Şurası bizə o qədər də lazım olan qurum deyil. Biz bütün dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıyıq. Kiminsə bizə diktə etməsi yolverilməzdir”.
H.Hacıyev Azərbaycan daxilində qarışıqlıq yaratmaq istəyən qüvvələrin fəaliyyətindən də söz edib:
“Azərbaycan əleyhinə qətnamələr qəbul edilən günü Milli Şura rəhbərliyinin banket verməsinin şahidi olan insanlar var. Niyə bunları demirlər? Yerli məmurların da bu işdə əli var. Onlar çalışır ki, dövlət başçısının başı qarışsın bu kimi məsələlərə və onlar istədiklərini etsinlər.
Mənim Avropa Şurasının Bakı nümayəndəsi ilə görüşüm gözlənilir. Orada da öz sözümü deyəcəm. Qərb ölkələrinin səfirləri ilə də görüşümüzdə fikirlərimi bildirəcəm və öz etirazımı onların diqqətinə çatdıracam”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...