Aydın Mirzəzadə: ““Tanınmayan dövlət” anlayışı yoxdur”

13:47 12-10-2017 | icon 609 | Siyasət
Aydın Mirzəzadə: ““Tanınmayan dövlət” anlayışı yoxdur”

“Belə anlayışların müəyyən internet resurslarda yer alması siyasi təxribatdır”

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni separatçıları tərəfindən işğalı nəticəsində regionda yaranan münaqişə zolağı təhlükə mənbəyi olaraq qalır. Ermənistan sülh danışıqlarında iştirak etsə də, öz məkrli siyasətindən əl çəkməməkdə isararlıdır.

Azərbaycanın ərazi bütövlüyünə təhlükə olan erməni separatçıları danışıqlar prosesindən istifadə edərək işğal altında saxladıqları əraziləri qanuniləşdirmək üçün bütün vasitələrdən istifadə edirlər. Ən münbit vasitə kimi internet üzərindən yayımlanan məlumatlarda Dağlıq Qarabağın “tanınmayan dövlət” kimi dövriyyəyə salınmasıdır. Belə ki, Wikipediyanın verdiyi dövlətlərin siyahısında Dağlıq Qarabağın “tanınmayan dövlət” kimi göstərilməsi diqqət çəkir. İnternet üzərində “tanınmayan dövlət”, yaxud, “tanınmayan separatçı dövlət” kimi qeyd olunan Azərbaycanın işğal altında qalan Dağlıq Qarabağ ərazisi bu minivalla dünyada ictimai rəyin yanlış istiqamətdə formalaşmasına xidmət göstərən bir təhlükə mənbəyi olduğu halda bəzən yerli mətbuat da müstəqilliyimizə qarşı aparılan bu təbliğatın iştirakçısı olur. Bu, Azərbaycan ictimai-siyasi sferada birmənalı qarşılanmır.

İnternet üzərində verilən belə anlayışlar ictimai rəy üçün nə qədər təhlükəlidir və hansı addımlar atılmalıdır?

Versus.Az məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadəni danışdırıb.

Millət vəkili Dağlıq Qarabağın “tanınmayan respublika” kimi internet üzərndən müxəlif resurslarda yer almasının hüquqi yükünün olmadığını qeyd edib. Eyni zamanda bunu dünyada müəyyən bir rəyin formalaşması baxımından təhlükəli hesab edib. Onun sözlərinə görə, politologiyada belə bir anlayış olsa da, bütün politoloqlar onu qəbul etmirlər:

“Belə anlayışlar daha çox Wikipediya və müəyyən informasiya resurslarında işlədilir. “Tanınmayan dövlət” anlayışı yoxdur. Beynəlxalq təşklatlarda “ərazi bütövlüyü olan dövlətlər” və “işğal edilmiş zona” kimi gösərilən anlayışlar var. Belə anlayışların internet resurslarında yer alması müəyyən dairələr tərəfindən ortaya atılan siyasi təxribatdır. Bu anlayış dünyada bir o qədər də yayılmayıb. Bundan elə bir təhlükə gözləməyə dəyməz. Çünki Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınır. Ermənistanın bütün səylərinə baxmayaraq beynəlxalq birlikdə Dağlıq Qarabağa hər hansı bir hüququ status verilə bilməz”.

A.Mirzəzadə Dağlıq Qarabağın “Tanınmayan dövlət” kimi internet üzərindən yayımının qarşısının alınması ilə bağlı məsələyə birmənalı yanaşmayıb. Millət vəkili bildirib ki, bu anlayış internet üzərində müəyyən mərkəzlərdə və resurslarda yer aldığı üçün ona qadağaların qoyulması mümkünsüzdür:

“Çünki bunu hansısa politoloji mərkəz tərtib edib və inernet “okeanına” buraxıb. Heç kəs bunun qarşısını almaq üçün hüququ prosedur işləyə bilməz. İlk növbədə ona görə ki, o, rəsmi struktur deyil. Əsas odur ki, diplomatiyada, beynəlxalq birlikdə bu anlayış qəbul edilmir”.

A.Mirzəzadə eyni zamanda qeyd edib ki, beynəlxalq aləmdə, politologiyada qəbul olunmasa da, “tanınmamış dövlət” anlayışının internet üzərindən müxtəlif resurslar vasitəsilə yayılması dünya insanlarının düşüncələrində yanlış rəy formalaşdırılması baxımından təhlükəli hesab edilə bilər. Məhz dünya birliyinin bir hissəsinin yanlış anlama gəlməməsi üçün Azərbaycan dayanmadan bütün istiqamətlərdə təbliğatını aparır:

“Prezident hər çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığını vurğulayır, Azərbaycanda 2-ci bir erməni ərazisinin yaranmasına imkan verilməyəcəyini bildirir. Bütün bunlar təbliğatdır və Azərbaycan bu istiqamədə heç zaman dayanmayacaq”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?