Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

19:28 06-10-2024 | icon 402 | Mədəniyyət
Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

Bakıda Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucukun “Shirley Valentine” adlı monotamaşası baş tutub.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutan gecə “Caspian Media Holding”in təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

 

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında Mədəniyyət Nazirliyinin nümayəndələri, iş adamları, Xalq artistləri, Əməkdar artistlər, bir sıra nüfuzlu şirkətin nümayəndələri yer alıb.

 

Sumru Yavrucuk teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Xalq artisti Brilliant Dadaşovanın ifasında məşhurlaşan Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.

 

Alqışlarla qarşılanan və gül yağışına tutulan S.Yavrucuk media nümayəndələri ilə də həmsöhbət olub.

 

Gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şörli Valentaynın hekayəsi tamaşaçıları həm güldürüb, həm də düşündürüb.

 

Anşlaqla keçən tamaşada Yavrucuk dəqiqələrlə ayaqda alqışlanıb.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?