“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

10:53 07-10-2024 | icon 440 | Mədəniyyət
“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Azərbaycan tamaşaçılarının uzun illərdir yorulmadan baxdığı "Tütək səsi" filminin əsas aktyorları 50 ildən sonra yenidən bir araya gəliblər. Tapdıq rolunun ifaçısı Akif Məhərrəmov və Cümrü obrazını canlandırmış Xalaq artisti Şamil Süleymanlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında görüşüblər.

 

“Tütək səsi"ndə yaddaqalan rollar ifa etmiş aktyorların 50 ildən sonrakı görüşündən çəkilmiş fotoşəkil sosial şəbəkədə maraqla qarşılanıb.



Xatırladaq ki, yazıçı-publisist, Əməkdar jurnalist Akif Məhərrəmov (Akif Əli) uzun müddət (1994-2019) Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib. O, “Tütək səsi”indən əlavə daha üç filmə çəkilib. Xalq artisti Şamil Süleymanlı isə ümumilikdə 50-yə yaxın filmdə rol alıb.


  

Qeyd edək ki, yazıçı İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərləri əsasında ekranlaşdırılmış “Tütək səsi” filmi 1975-ci ildə çəkilib, 1976-cı ildə isə premyerası olub.

 

Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də...

 

Quruluşçu rejissoru Rasim Ocaqov olan filmdə əsas rollarda Akif Məhərrəmov (Tapdıq), Ötkəm İsgəndərov (Nuru), Mixail Volontir (Cəbrayıl), Yusif Vəliyev (Qılınc Qurban), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Liya Eliava (Sayalı), Xalidə Quliyeva (Milli) Sadıq Hüseynov (Rza), Səfurə İbrahimova (İsmət), Şamil Süleymanlı (Cümrü) və başqaları çəkilib.



Filmin çəkilişləri əsasən Bakıda - kinostudiyanın pavilyonunda, təbiət səhnələri isə Qusar rayonunun kəndlərində aparılıb.




Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?