Füzulinin 530 illiyinə töhfə

20:24 09-10-2024 | icon 395 | Mədəniyyət
Füzulinin 530 illiyinə töhfə

Böyük türk şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə Türk Mədəniyyəti və İrsi Fondu növbəti töhfəsini verir. Fond Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti  Filarmoniyasının Qazax Kamera Xoru Orkestrini Azərbaycana dəvət edib. 

 

Kamera xoru 10-12 oktyabr 2024-cü il tarixində Azərbaycanın müxtəlif şəhərlərində  konsert proqramı ilə çıxış ediəcək. 

 
 

Sabah Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qazaxıstan Xoru və Azərbaycan Xorunun ifasında hər iki ölkənin kamera orkestrlərinin birgə konserti olacaq. 12 sentyabr 2024-cü ildə isə Gəncə şəhərində  Qazaxıstan kamera Xoru Gəncə Filarmoniyasında  eyni proqramlıa çıxış edəcəkdir. 

 

Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti Filarmoniyasının Qazax Kamera Xoru Orkestrinin bədii rəhbəri Merbol Kuspanov, xormeystri Madi Abişev, konsertmeystrləri  Qazaxıstan Respublikasının əməkdar mədəniyyət xadimi  Dina Niyazova və Zaru Jazıbekovadır. Onların repertuarları türk xalqlarının müxtəlif janrlı əsərləri ilə zəngindir. Sabahkı konsertdə Cahangir Cahangirovun Füzuli kantatası da hər iki qardaş xalqın incəsənət nümayəndələrinin ifasında səslənəcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?