Milli Şuraya adekvat mitinq keçiriləcək

15:36 09-10-2017 | icon 507 | Siyasət
Milli Şuraya adekvat mitinq keçiriləcək

“Cəmil Həsənliyə, Kərimov Əliyə öz sözümüzü deyəcəyik”

Milli Şura növbəti mitinqi oktyabrın 28-də keçirəcəyi barədə mətbuata açıqlama verib. Versus.Az-ın məlumatına görə, Müasir Müsavat Partiyası Milli Şuraya adekvat olaraq mitinqlər keçirməyə hazırlaşır.

Məsələylə ağlı partiyanın sədri Hafiz Hacıyevlə əlaqə saxladıq. Həmin vaxt səhhətiylə bağlı xəstəxanada sistem altında olduğunu deyən partiya sədri durumuna baxmayaraq mitinqlə əlaqədar sorğuları cavablandırdı. Bildirdi ki, MMP Azərbaycan Prezidentini, dövlətçiliyi qorumaq üçün mitinqlərə başlayacaq. “Cəmil Həsənliyə, Kərimov Əliyə öz sözümüzü deyəcəyik”-deyə, vurğulayıb.

Partiya sədri bəyan edib ki, MMP-nin mitinqlər dövlət və dövlətçiliyə dəstək məqsədi ilə keçiriləcək:

“Mən millətimi sevən türkçü bir adamam. İmkan vermərəm ki, ermənilərlə qohumluğu olan Milli Şura rəhbərləri xalqı aldatsınlar. Biz milliyyətçi, dövlətini sevən bir partiya kimi bunu qəbul edə bilmirik. Biz dövlətimizi ermənilərdən mühafizəyə çalışırıq. Bu istiqamətdə müəyyən addımlar atmışıq”.
Partiya sədri bildirib ki, oktyabrın 15-20-də keçiriləcək toplantıda mitinqlə bağlı qərar qətiləşdiriləcək:
“Xalqı mitinqlərə çağıran şəxslərin ermənilərlə necə qohum olduğunu, hakimiyyət daxilində kimlər tərəfindən dəstək aldığını açıq şəkildə deyəcəyik. Biz İlham Əliyevi, onun fəaliyyətini, həyata keçridiyi islahatları müdafiə etmək üçün bütün lazımi addımları atacağıq. Mən qoymaram ki, kimlərsə Azərbaycana xəyanət etsin”.
Hafiz Hacıyev konstruktiv müxaifət partiyası olaraq korrupsiyaya qurşanan, prezidentə xəyanət edən məmurları ifşa etdiklərini, önəmli ideoloji müharibə apardıqlarını vurğulayıb:
“Dəfələrlə demişəm, həmişə də deyəcəm, müxalifətlə gizli əlaqəsi olan nazirlər var, biz mübarizəmizi davam etdirəcəyik. Yaxın vaxtlarda mitinqlərə start verəcəyik. Səhhətimdə müəyyən nöqsanlar olsa da bu mübarizəni davam etdirəcəm. Ölənə qədər millətimi, qardaşımı müdafiə edəcəm”.
 
Kamran
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?