Azərbaycan Rusiyada bu siyahıya daxil edildi

09:59 16-10-2024 | icon 313 | Mədəniyyət
Azərbaycan Rusiyada bu siyahıya daxil edildi

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə ölkələr siyahısına daxil olub.

 

Versus.Az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birlikdə 2025-ci il üçün turizm potensialının inkişafında hədəf ölkələri müəyyən edib.

 

Soçidə keçirilən birinci beynəlxalq aviasiya və turizm forumunun platformasında çıxış edən SAM Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova bildirib ki, sıralamada Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Özbəkistan və başqalarının adı var.

 

O əlavə edib ki, 2024-cü ildə Rusiya Federasiyasında ərəb turistlərin sayında artım müşahidə olunur. Qeyd edək ki, oktyabrın 25-də Moskvada ölkəmizin bütün turizm məhsullarını təbliğ edəcək Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin, Moskva meriyasının, turizm sektorunun aparıcı şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?