“Onun da seçkilərdə iştirak etmək hüququ var”
İctimai-siyasi camiyədə olanların bir qismi bu fikirdədir
Sabiq spiker Rəsul Quliyevin sosial media, eləcə də ayrı-ayrı internet media orqanlarına verdiyi müsahibədə Azərbaycana gəlib seçkilərə qatılacağı və ölkənin inkişafı naminə fantastik işlər görəcəyi ilə bağlı iddiası ictimai-siyasi sferada maraqla qarşılanıb. 20 ildir ABŞ-da mühacirətdə olan sabiq spikerin Azərbaycanda seçkilərə qatılmaq istəyinin nə dərəcədə mümkün ola biləcəyi isə birmənalı deyil. Məsələnin ictimai-siyasi sferada hansı reaksiya ilə qarşılandığını öyrənmək məqsədilə Versus.Az kiçik bir sorğu keçirib.
“Hər kəs kimi o da ölkəyə gəlib seçkilərə qatıla bilər”
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müfafiəsi təşkilatının rəhbəri Novella Cəfəroğlu hesab edir ki, hər kəs kimi Rəsul Quliyev də ölkəyə gəlib seçkilərə qatıla bilər:
“Rəsul Quliyev neçə illərdir ki, burda yoxdur və hazırda hara vətəndaşı olduğunu da dəqiq bilmirəm. Amma gələ bilərsə niyə də olmasın. Hamı seçkidə iştirak edə bilər. Xoş gəlir, səfa gətirir. Kim seçkidə itirak etmək istəyirsə gəlib proseslərə qatılsın”.
Seçki prosesində kimin dəstəklənməsi ilə bağlı şəxsi fikirlərinə gəlincə, N.Cəfəroğlu “mən 2003-cü il seçkilərindən sonra heç bir seçkiyə gedib səs vermirəm. Heç nədən narzı deyiləm, sadəcə getmirəm”-deyə, bildirib.
“Rəsul Quliyevin də seçib-seçilmək hüququ var”
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, hər bir adam kimi Rəsul Quliyevin də seçib-seçilmək hüququ var:
“Təəssüflər olsun ki, Rəsul müəllimin Azərbaycana gəlişinə qadağa qoyulub. Ona görə də ilkin olaraq onun Azərbaycana qayıtması ilə bağlı problem həll olunmalıdır. O, ölkəyə gələ bilsə, əlbəttə ki, seçkilərdə iştirak edə bilər”.
O, ki qaldı Mirvari Qəhrəmanlının seçkilərdə kimi dəstəkləyəcəyinə, “səsvermə hüququ gizli olduğuna görə söyləmək istəmirəm”– deyə, bildirib.
“Gəlmək və seçkilərdə iştirak etmək hüququ var”
Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Rəsul Quliyev Azərbaycan vətəndaşıdır və məcburən ölkədən kənarda saxlanılır:
“Onun Azərbaycana gəlmək və seçkilərdə iştirak etmək hüququ var. O, bu iddiada bulunursa, normal qarşılamaq lazımdır. Digər tərəfdən, Rəsul Quliyevin Azərbaycana gəlib-gəlmiyəcəyi ölkədə gedən proseslərdən asılı olacaq. Çünki onun ölkəyə qayıtması yalnız onun özündən asılı deyil. Bu, eyni zamanda ölkədə və dünyada gedən proseslərdən, Azərbaycanda marağı olan güclərin bu məsləyə yanaşmasından asılıdır. Bu gün cəmiyyətə “heç kəs seçkilərdə iştirak edə bilməz”, “heç kəs bu hakimiyyətə alternativ kimi çıxa biləməz” deyə, inamsızlıq prosesi aşılanır. Belə bir vaxtda Rəsul Quliyev bu iddia ilə ortaya çıxırsa, bunu müsbət qarşılamaq lazımdır”.
O ki, qaldı müxalifətin R.Quliyevi öz namizədi kimi qəbul etməsi məsələsinə, partiya sədri bunu reallığa uyğun hesab etməyib:
“Azərbaycan müxalifəti yekcins deyil. Ona görə də Rəsul Quliyevin, yaxud başqa bir adamın vahid namizəd kimi çıxış etməsi inandırıcı görünmür. Müəyyən kəsim var ki, ayrı-ayrı namizədləri dəstəkləyə bilər, o cümlədən də Rəsul Quliyevi. Əgər məsələ gündəmə gələrsə, biz Rəsul Quliyevin namizədliyinin dəstəklənməsini müzakirə edəcəyik”.
“…bunu Allahdan başqa heç kəs bilmir”
Professor Rəşid Mahmudov bildirib ki, Konstitusiyaya görə hər bir vətəndaşın seçkilərdə iştirak etmək hüququ var:
“Ona görə də Rəsul Quliyev də seçkilərdə işrirak edə bilər. Sandıqdan adı çıxacaqsa, seçilsin, çıxmırsa olmasın. Bu artıq sonrakı mərhələdir. Amma sabah başımıza nə gələcək bunu Allahdan başqa heç kəs bilmir. İndidən danışmaq istəmirəm. Çünki bu gün söylədiyim fikir, sabah yalan çıxsa onda nə olacaq, olacam yalançı. Ona görə də gözləyək. Namizədliyini verənlərdən kim layiqlidirsə onu da dəstəkliyərik”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...