ALDP siyasi məhbusların azadlığa buraxılmasını tələb edir
Azərbaycan Liberal Demokrat Partiyasında (ALDP) Sədr Aparatının iclası keçirilib.
Versus.Az-ın məlumatına görə, ALDP sədri Fuad Əliyev ictimai-siyasi vəziyyətdən danışıb, Milli Şuranın keçirdiyi mitinqlər müzakirə olunub. Müzakirələrdən sonra mitinqlərdə iştiraklarına görə partiya üzvlərinə polis tərəfindən edilən təzyiqlərlə bağlı bəyanat gəbul olunub.
Bəyanatda deyilir:
Son günlər mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağırılır. Belə ki, İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılaraq sorğu-sual ediliblər.
Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması istənilib.
Polisin bu hərəkətləri ilə digər partiyaların üzvləri də təzyiqlərə məruz qalıblar. ADP sədrinin müavini Həsrət Rüstəmov mitinqdə iştrak etdiyinə görə ümumiyyətlə işdən çıxarılıb.
ALDP müxalifət nümayəndələrinə təzyiqlərin son qoyulmasını və Gözəl Bayramlı, İlgar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması tələb edir.
İclasda qərara alınıb ki, liberal-demokratların Musavat partiyasının və Milli Şuranın təyin olunmuş mitinqlərində iştirakı məqsədəuyğun hesab olunsun.
İlahə
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...