Sərdar Cəlaloğlu Milli Şuradan hesab istədi

15:34 06-10-2017 | icon 608 | Siyasət
Sərdar Cəlaloğlu Milli Şuradan hesab istədi

“Bu oyun deyilsə, Əli Kərimli hadisələrə siyasi cəhətdən adekvat cavab verə bilmədiyini etiraf etməlidir”

“Sabahkı mitinq haqqında düşünmürəm. Deyən gərək ki, sən bir əvvəl keçirdiyin mitinqlə maraqlan gör hansı qanun pozuntusu olub, sonra başla yenisini keçir”.

Bunu Versus.Az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın 7 oktyabr mitinqi ilə bağlı açıqlamasında bildirib.

“Mitinqin rəhbərləri niyə buna reaksiya vermir”

Partiya sədri hələ ki, ötən mitinqin zərərini düşünməklə məşğul olduqlarını deyib:

“23 sentyabr mitinqindən sonra üzvlərimiz dəfələrlə polis idarəsinə çağırılıblar. 1-ci müavinim Həsrət Rüstəmovu mitinqdə iştirak etdiyinə görə bu gün işə buraxmayıblar. Digər üzvlərimiz də təzyiqlərə məruz qalıblar. Milli Şuranın rəhbərliyi isə buna heç bir rəsmi reaksiya vermir”.

ADP sədri bildirib ki, Milli Şura keçirdiyi aksiya ilə bağlı bütün hadisələrə qanunamüvafiq şəkildə özü münasibət bildirməlidir:

“Qanunsuz hərəkət edən adamların üzərinə gedib deməlidir ki, səndən icazə almışam, səninlə razılaşmışam niyə razılaşmanı pozursan. Vəziyyəti səfirliklərə, beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Milli Şura mitinqdə iştirak edən insanların təzyiqlərlə üzləşməsinə qarşı rəsmi mövqe ortaya qoymalıdır. Bəyan olunmalıdır ki, bu mitinqlər cinayətkarlığa qarşı bir mübarizə üsuludursa, vətəndaşlarımız küçəyə çıxaraq korrupsiyanın qarşısının alınmasında hökumətə dəstək vermək istəyib. Nəyə görə hökumət bu mübarizədə iştirak edən insanlara qarşı belə təzyiqlər edir”.

“Müxalifətdən ayrılıb özlərini “muxtar respublika” kimi aparırlar

Sərdar Səlaloğlu üzvlərinin təzyiqlərə məruz qoyulması ilə bağlı Milli Şura rəhbərliyinə müraciət etmədiyini deyib.

“Onlardan nə münasibət alacam. Milli Şura kimdir ki, mən ona bu barədə müraciət edəm. Onlar küsülü kimi davranırlar. Azərbaycan müxalifətindən ayrılıb özünü “muxtar respublika” kimi aparır. O, nə müxalifətin ümumi həmrəyliyindən razıdır, nə hər hansı məsələdə müxalifətlə bir araya gəlir, nə də kiminləsə bir əlaqə qurur.

Milli Şuranın rəhbərləri mənə zəng edib nə baş verdiyi ilə maraqlanmalı idilər. Həm üzvlərimiz gedib mitinqdə iştirak etsinlər, təzyiqə məruz qalsınlar, üstəlik mən də zəng edib ona “atçot” verim, bu nə deməkdir!?”.

“Razılaşdırılmış aksiyada vətəndaşlara təzyiq olur, bunlar isə susurlar”

ADP sədri deyib ki, indi kimin özünü “respublika” kimi aparmasının önəmi yoxdur. Əsas məsələ odur ki, razılaşdırılmış aksiyada vətəndaşlara təzyiq olduğu halda, bu adamlar susurlar:

“Millli Şuranın davranışı adekvat deyil. Əgər kimsə iştirakçılığa görə məsuliyyət daşıyırsa, sən də təşkilatçılığa görə məsuliyyət daşıyırsan. Bu, Əli Kərimli və onun ətrafında olan adamların işidir. Belə çıxır ki, bunlar razılaşdırılmış mitinq keçiriblər ki, mitinqə gələnlərə divan tutdursunlar? Burada ya oyun var, ya da bu adam siyasi cəhətdən savadsızdır. Yaxud mitinqə gələnləri repressiyaya məruz qoymaq üçün edilən oyunmuş. Oyun deyilsə, Əli Kərimli hadisələrə siyasi cəhətdən adekvat cavab verə bilmədiyini etiraf etməlidir”.

Milli Şura sədri Cəmil Həsənli isə Versus.Az-a məsələ ilə bağlı növbəti mitinq bitdikdən sonra açıqlama verəcəyini deyib.

TAHA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?