“Rəsul Quliyevin Azərbaycana gəlib seçkilərdə iştirak etməsi doğal haqqıdır”
“Mən namizəd olaramsa o mənə, o namizəd olarsa mən ona səs verərəm”
“Bu məmləkətdə yaşamaq da, seçkilərdə iştirak etmək də Rəsul Quliyevin doğal haqqıdır. Seçkidə hər kəs seçici, yaxud namizəd kimi iştirak edə bilir”.
Bunu Versus.Az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu sabiq spiker Rəsul Quliyevin Azərbaycana gələrək seçkilərdə iştirak etməsi ilə bağlı açıqlamasında bildirib.
Partiya sədri qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən götürsək, sabiq spiker Azərbaycana gəlib seçkilərdə iştirak edə bilər:
“Yəni 1995-ci ilin Konstitusiyası buna hüquq verirdi. Amma bu gün Konstitusiyanın həmin maddəsindən əsər-əlamət qalmayıb. Bildiyiniz kimi Konstitusiyada bir neçə dəfə dəyişiklik olub və həmin maddə də bildiyimə görə dəyişilib. Bütün hallarda Rəsul bəyin Azərbaycana gəlib seçkilərdə iştirak etməsinə heç bir mane ola bilməz”.
Mirmahmud Mirəlioğlu onu da əlavə edib ki, Rəsul Quliyev Azərbaycana gəlib namizdəliyini verərsə, KXCP onun namizədliyini dəstəkləyə bilər:
“İnşallah gələr, baxarıq, öncədən nəsə demək düzgün olmaz. Amma mən namizəd olaramsa Rəsul bəy mənə səs verər, Rəsul bəy namizəd olarsa mən onun namizədliyinə səs verərəm”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...