Rəhim Qazıyevin itən qardaşı…

11:24 04-10-2017 | icon 602 | Siyasət
Rəhim Qazıyevin itən qardaşı…

“Qardaşımı bölməyə aparıb “sən niyə mitinqə getmisən” deyə, sorğu-sual ediblər”

Versus.Az keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı Rahib Qazıyevin oğurlanması ilə bağlı sosial mediada yayılan məlumatları dəqiqləşdirib.

Qeyd edək ki, dünən sosial media keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı Rahib Qazıyevin səhər tezdən polis geyimli şəxslər tərəfindən oğurlandığı və tapılmadığı barədə yazmışdı. İlk saatlarda yaxınları polis orqanlarına müraciət etsələr də, hara və nə üçün aparılması barədə heç bir xəbər verilməyib.

Rəhim Qazıyev Versus.Az-a verdiyi açıqlamada qardaşının Binqədi rayon 5-ci polis bölməsinə aparıldığını deyib. Bildirib ki, hadisədən öncə qardaşı ona zəng edərək evinin qapısında polisin dayandığını deyib. Bu telefon söhbətindən sonra qardaşı yoxa çıxıb.

R.Qazıyev qardaşını tapmaq üçün polis bölmələrinə, hətta DİN-ə qədər getdiyini, çox axtarışdan və narahatlıqdan sonra Binəqədi rayon 5-ci polis bölməsində olduğunu öyrənib:

“Qardaşımı bölməyə aparıb “sən niyə mitinqə getmisən” deyə, sorğu-sual ediblər. O da izahatında işsiz olduğunu və bundan narazı olduğunu deyib. Özləri mitinqə getməyə icazə verir, sonra da deyirlər ki, “niyə mitinqə getmisən”. Yaxşı edib! Sual veriblər ki, “baban nə vaxt ölüb”, “Rəhimin uşaqlarının adını de” və sair müəmmalı suallar. Hamısı psixoloji təzyiqlərdir. Bu həbslər insanlarda xof yaratmaq üçündür. Neyniyək bizim millətin də taleyinə belə bir rejim düşüb. Əslində rejimin də günahı yoxdur. Alimi, şairi, yazıçısı bir qarın çörəkdən ötrü özünü “xəstə” edəndə millətin taleyi belə olacaq”.

R.Qazıyev bu hadisəni bir qədər əvvəl vəkil Aslan İsmayılovun onu “Rusiyanın agenti” adlandırması ilə bağlı yaranan qalmaqalla əlaqələndirməklə məsələni şişirtmək istəməyib.

“Heç nədən qorxmuram, mitinqə gedib çağırış edəcəm”

Milli Şuranın 23 sentyabr mitinqində iştirak etmədiyini deyən R.Qazıyev bundan sonra oktyabrın 7-də keçiriləcək mitinqə gedib insanlara çağırış edəcəyini deyib.

O, aksiyadan sonra baş verən həbslərdə nəyə görə əsas idarəçilərin deyil, aşağıların həbs olunmasına cavab tapmadığını bildirib:

“Yəqin ki, Cəmil Həsənlinin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və digər idarəçilərin həbs olunmaması beynəlxalq təzyiqlərdən qorxmaları, Qərbin təzyiqindən ehtiyat etdikləri üçündür, ya da başqa səbəblər var. Konkret fikir söyləyə bilmirəm. Buna onların özləri yaxşı cavab verə bilərlər”.

TAHA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?