“Partiyaların aktivliyi hakimiyyətdən asılı deyil”
“İlham Əliyev xalqın qarşısında dayanan problemləri ardıcıl olaraq həll edir”.
Bunu Versus.Az-a Yurddaş Partiyasının sədri Mais Səfərli Milli Şuranın etiraz mitinqinin hakimiyyət tətəfindən “icazəli” olması ilə bağlı səslənən fikirlərə münasibətində açıqlayıb. Bildirib ki, bəzi siyasilərin Milli Şuranı “hakimiyətin müxalifəti” adlandırması əsassızdır:
“Partiyaların bu şəraitə uyğunlaşması və aktiv fəaliyyət göstərməsi hakimiyyətdən asılı deyil. Azərbaycan hökumti siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün qanun çərçivəsində hər cür şərait yaradıb”.
Partiya sədri hesab edir ki, bu gün müxalifətin zəifliyinin səbəblərindən biri də məhz Azərbaycanda çox güclü prezidentin olmasıdır:
“Prezidentin çox parlaq fəaliyyəti var. İlham Əliyev Azərbaycan xalqının qarşısında dayanan problemləri ardıcıl olaraq həll edir. Problemlər həllini tapırsa, müxalifətə iş qalmır”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...