YAP-ı tərk edənlər MMP-yə üzv olublar

18:26 03-10-2017 | icon 584 | Siyasət
YAP-ı tərk edənlər MMP-yə üzv olublar

“Siz mənimlə olun ki, mən də sizin yanınızda ola bilim”

“Yeni Azərbaycan Partiyasının üzvlüyündən imtina etdim. Çünki oradakı bəzi qüvvələrin siyasi oyunları xalqda dövlətə qarşı narazılıqları artırır. Digər tərəfdən, məni işdən çıxarıb illərdir işsiz qoyan insanlarla bərabər o vəsiqəni daşımaq istəmədim. Gedib öz ərizəmlə YAP üzvlüyündən çıxdım, dedim ki, sizə uyğun deyiləmsə bu yeri niyə saxlayım ki, əvəzimə sizə uyğun daha gənc birini gətirin”.

Versus.Az xəbər verir ki, bunu Müsair Müsavat Partiyasının Siyasi Şurasının iclasında YAP-ı tərk edib MMP sıralarına üzv olan şəxslər öz çıxışlarında bildiriblər. Onlar siyasi fəaliyyətlərini davam etdirmək üçün MMP-ni seçmələrini bu partiyanın sədri Hafiz Hacıyevin vəzifəsindən sui-istifadə edən nazirləri ifşa etməsi, digər özünü müxalifət adlandıranlardan fərqli olaraq onun dövlətçilik maraqlarını şəxsi maraqlarından üstün tutması, xarici qüvvələrə deyil, Azərbaycan xalqının dəstəyindən güc aldığını əsas gətiriblər. Və partiya sədrinə müraciətlə “sizinlə bərabər dövlətçilik uğrunda mübarizəyə hazırıq, YAP-ın üzvü olduğumuz halda belə, bizi incidən, işimizdən məhrum edən, onsuz da problemlər içində boğulan insanların hüquqlarını pozan məmurları ifşa etməkdə sizin köməyinizə arxalanırıq” deyə onlara çıxış yolu göstərməsini istəyiblər.

Partiya sədri Hafiz Hacıyev YAP-ın sıralarını tərk edən insanları dinlədikdən sonra bildirib ki, xalqı Prezidentdən narazı salan o qüvvələrə qarşı mübarizə üçün təşkilatlanmaq əsasdır:

“Getdikcə daha da genişlənən sıralarımızı gücləndirməliyik. Mən təkbaşına indiyədək bu qədər iş görmüşəm, bu qədər məmurları ifşa etmişəm. Məni də hədələyirlər ki, çəkil bu yoldan. Amma mən Prezidentin siyasi kursuna xələl gətirmək istəyən, Azərbaycanın maraqlarını xarici havadarlarına qurban edən o mənfurlarla sonadək mübarizə aparacam. Sizlərin bu mübarizədə mənə köməyiniz partiyamızda təşkilatlanma işlərini gücləndirməkdə fəal olmağınızdır. Siz mənimlə olun ki, mən də sizin yanınızda ola bilim”.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?