“Diqlas”da dükanları yanan sahibkarlar başçısı ilə görüşdü

13:50 27-03-2019 | icon 358 | Sosial
“Diqlas”da dükanları yanan sahibkarlar başçısı ilə görüşdü

 

"Diqlas" ticarət mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlarla icra başçısı arasında görüş keçirilir.

 

Versus.Az Musavat.com-a istinadla bildirir ki, görüş Nizami Rayon İcra Hakimiyyətində baş tutur.

İcra başçısı Arif Qasımov sahibkarla bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək.

Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.

Zərərçəkmiş sahibkarlar bildirib ki, "Diqlas" ticarət mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.

"Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarə haqqı verirdim. İki ay əvvəl gəlib "şapka" istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat arenda verəcəksən"- deyə sahibklardan biri deyib.

Sahibkarlar bildirib ki, "Diqlas" ticarət mərkəzinin rəhbərliyi hələ də onlarla görüşməyib.

"Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımı, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur"- deyə zərərçəkmişlər qeyd edib.

İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?