“Siyasilər belə fikirlər səsləndirirsə, bu, düşmənçilikdir”
“Rəsul Quliyev ölkəyə gələrsə və potensialından istifadə edilərsə Azərbaycan bundan yalnız qazanar”.
Bunu Versus.Az-a müstəqil siyasətçi Zəminə Dünyamalıyeva sabiq spiker, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyevin Azərbaycana gələrsə edəcəyi ciddi dəyişikliklərlə bağlı mətbuatda səsləndirdiyi fikirlərə və sosial medianın göstərdiyi münasibətinə açıqlamasında bildirib.
Z.Dünyamalıyeva hesab edir ki, sosial media vasitəsilə Rəsul Quliyevi qınayıb “əgər Azərbaycanda problemləri həll edə bilərsinizsə niyə gəlmirsiz, Amerikada oturmusunuz, nə vecinizə”- deyənlər, siyasi hadisələri müzakirə edə biləcək qədər görə bilmirlər. Buna normal yanaşmaq olar:
“Amma siyasilər belə fikirlər səsləndirirsə, bu, düşmənçilikdir. Əvvəlcə Rəsul Quliyevə ölkəyə gəlməsi üçün şans verilməlidir. İnsana şans verilmədən mühakimə etmək doğru deyil. Gec deyil, Azərbaycan hökuməti Rəsul Quliyevin gəlməsi üçün nəsə düşünməlidir. O, nə hökumətə, nə də xalqa düşmən deyil”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...