“Torpaqlarımızın sülh yolu ilə qaytarılması qeyri-mümkündür”
“Ermənipərəst və yarıtmaz mövqelərinə görə ATƏT-in Minsk qrupunun fəaliyyəti qətiyyətlə pislənsin və fəaliyyətləri dayandırılsın!”
Versus.Az xəbər verir ki, bu bəyanat Müasir Müsavat Partiyasının Siyasi Şurasının sentyabrın 30-da keçirdiyi iclasda səsləndirilib.
Partiyanın sədir Hafiz Hacıyev çıxışında təəssüflə vurğulayıb ki, 25 ildən artıq zamandır Dağlıq Qarabağ münaqişəsi davam edir, BMT və ATƏT-in Minsk qrupunun fəaliyyəti demək olar ki, yox dərəcəsindədir:
“Son günlərdə BMT-nin sesiyasında cinayətkar, Xocalı qatili Serj Sarkisyanın utanmadan, həyasızcasına özündənrazı çıxışı bir daha sübut edir ki, Rusiya, ABŞ və Avropa dövlətləri işğalçı Ermənistana havadarlıq edir, daim onun arxasındadırlar. Bu da onu göstərir ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması qeyri-mümkündür. Bu gün Dağlıq Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçıları və onların beynəlxalq havadarları tərəfindən aparılan tikinti-quraşdırma, yol çəkilişı, yeni sənaye obyektlərinin yaradılması bunun bariz nümunəsidir”.
MMP sədri vurğulayıb ki, Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsi hərbi yolla mümkündür və başqa çıxış yolu yoxdur.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...