“Xarici qüvvələr və onların hakimiyyətdəki havadarları qərəzli mövqe tuturlar”

12:56 30-09-2017 | icon 498 | Siyasət
“Xarici qüvvələr və onların hakimiyyətdəki havadarları qərəzli mövqe tuturlar”

“Son illərdə respublikada korrupsiya, işsizlik, məmur özbaşınalığı, qanunların həyata keçirilməsindəki boşluqlar, xalqın banklara olan kredit borcları ilə bağlı problemləri və.s məsələlər son həddə çatıb. İnsanların işsizliyi, kreditlə baglı problemləri, intihar hallarının həddən artıq artması bu “Qocalar evi”nin xalqa verdiyi “töhfəsidir”.

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının Siyasi Şurasının sentyabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iclasında partiyanın sədri Hafiz Hacıyev bildirib.

Son zamanlar respublikada ictimai-siyasi durumun həddən artıq gərgin vəziyyətə çatdığını deyən H.Hacıyevin sözlərinə görə, xarici qüvvələr və onların hakimiyyətdəki havadarları qərəzli mövqe tutaraq istər ölkədə, istərsə də Beynəlxalq miqyasda Azərbaycan dövlətinə qarşı narazılıqların artırılmasına və onun siyasi imicinə zərər vurmağa çalışırlar. MMP sədri buna əyani sübut kimi gündəmdə olan sanksiyaların tətbiq edilməsinə dair cəhdləri və məhkəmə proseslərini misal çəkib:

““Qocalar evi”adlandırdığımız hakimiyyət orqanlarındakı yüksək vəzifə tutan məmur və onların övladlarının adlarının hallandığı 2,9 mld. dollar korrupsiya qalmaqalı dövlətimiz və onun Prezidentinin imici ücün böyük zərbədir. Respublikada haqsızlıq, rüşvətxorluq, korrupsiya, qanunsuz həbslər Prezidentlə xalq arasında narazılıq yüksək həddə çatdırılıb. Hakimiyyətdəki müəyyən xəyanətkar qüvvələr Prezidentlə xalq arasında və beynəlxalq miqyasda gərginliyin artırılmasında maraqlıdırlar”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?