Bəyanat: “…nazirlər, komitə sədrləri və digər yüksək vəzifəli məmurlar istefaya göndərilsin”

15:39 30-09-2017 | icon 554 | Siyasət
Bəyanat: “…nazirlər, komitə sədrləri və digər yüksək vəzifəli məmurlar istefaya göndərilsin”

“Partiyamızın rayon təşkilat sədrləri heç nədən çəkinməsinlər, məmur özbaşınalığına, korrupsiyaya qarşı mübariz olsunlar. Biz susduqca qaçqınkomun sədri Əli Həsənov, Səlim Müslümov, icra başçıları və digərləri özbaşınalıqlarını davam etdirəcəklər”.

Versus.Az-ın məlumatına görə, bunu Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurasının sentyabrın 30-da keçirilən iclasında partiya sədri Hafiz Hacıyev bildirib.

İclasda təşkilati məsələlər müzakirə edildikdən, Siyasi Şuraya yeni qəbul edilmiş üzvlər təsdiq olunduqdan, təyin edilmiş yeni müavinlər təsdiqləndikdən sonra respublikada ictimai-siyasi vəziyyətlə bağlı MMP-nin qarşısında duran məsələlər, cari məsələlər müzakirə edilib. Çıxışçılar bəzi nazirlərin ölkədə yaranmış xalq narazılıqlarındakı rolundan danışıblar. Çıxışçıların əksəriyyəti Yeni Azərbaycan Partiyasında bəzi güclərin təzyiqlərinə tab gətirə bilmədiklərindən sıralarını tərk etmək məcburiyyətində qaldıqlarını deyərək, YAP-ın həmin güclər tərəfindən nüfuzdan salındığını bildiriblər.

Sonra Siyasi Şuranın bəyanatı səsləndirilib.

Bəyanatda bildirilir:

1) Respublikada korrupsiyaya və rüşvətxorluğa qurşanmış, dövlətçiliyə zərər vuran nazirlər, komitə sədrləri və digər yüksək vəzifəli məmurlar istefaya göndərilsin.
2) Siyası islahatlar, seçki islahatları aparılsın. Məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları qanunları, qəbul etdikləri qərarları, hökümləri, qətnamələri, qanunun tələbələrini ədalətlə həyata keçirsinlər.
3) 2.9 milyard dollarla bağlı rəsmi təhqiqat başlanılsın. Korrupsiyada adı keçən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilsin. Xalqdan oğurlanmış pullar geri qaytarılmaqla xalqa məlumat verilsin.
4) Pensiya və əmək haqqlarının azlığı, ölkədə kütləvi işsizliyin mövcudluğu nəzərə alınsın. Kreditlərin ödənilməsində insanlara güzəştlər edilsin və qəbul edilmiş tibbi sığorta haqqında qanunun tətbiqinə başlansın.
5) Ermənipərəst və yarıtmaz mövqelərinə görə ATƏT-in Minsk qrupunun fəaliyyəti qətiyyətlə pislənsin və onların fəaliyyəti dayandırılsın.
6) Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə bağlı Prezidentdən  siyasi partiyalar və ictimai təşkilatlarla görüşünün təşkili və müzakirələrinin başlanması xahiş edilsin.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?