“Qərbin ikili standartlarına qarşı birgə mübarizə aparmalıyıq”

17:45 29-09-2017 | icon 587 | Siyasət
“Qərbin ikili standartlarına qarşı birgə mübarizə aparmalıyıq”

Bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainləyetişdirirlər. Bu məsələyə ciddi diqqət yetirilməlidir”.

Versus.Az-ın məlumatına görə, bunu millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Qədim Antakyada “Avropanın Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə. Avropada artan İslamafobiyanın doğurduğu ciddi fəsadlar” adlı konfransdakı çıxışında bildirib.

Qənirə Paşayeva sözügedən konfransda çıxışına “Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm” sözləriylə başlayıb. Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi gücləndirməyin vacibliyini vurğulayan millət vəkili Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan da danışıb və bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib. Beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayan Q.Paşayeva qeyd edib ki, bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur:

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma beynəlxalq təşkilatlar onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan bu təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Biz qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada da gördük. 100 il əvvəl tarixdə olmayan “soyqırım” barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir”.

Millət vəkili vurğulayıb ki, eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr. Q.Paşayeva Qərbin Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini deyərək bunun özünün ən böyük ikili standart olduğunu vurğulayıb:

Millət vəkili Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıb:

“Beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik. Gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməli, birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”.

Millət vəkili Azərbaycanın icazəsi olmadan bir neçə türkiyəli şəxsin Ermənistanın işğal etdiyi torpaqlara getmələrinə də münasibət bildirib:

“Bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər. Bu məsələyə ciddi diqqət yetirilməlidir. Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın işğal altında olan torpaqlarına gedib separatçılarla görüşən türkiyəli vətəndaşlara qarşı ciddi tədbirlər görülməlidir. Çünki onlar iki qardaş ölkə arasında münasibətlərə öz mənfi təsirlərini göstərirlər. Azərbaycanla Türkiyə arasında əlaqələr getdikcə daha da inkişaf edir”.

Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə də geniş çıxış edib. Bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Millət vəkili bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını buna çağırıb:

“Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür. Mən bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıram. Onlar qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərini artırmalıdırlar. Daha da aktiv olmalı, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığı artırmalı, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmalıdılar”.

Q.Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”– sözləriylə bitirib.

Tədbirin sonunda Antakya rəsmiləri, bələdiyyə başqanları çıxış edərək Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu cür konfransların gənclər üçün böyük önəmi var.

Millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitablarını – “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?