“Şimali İraqdakı son durum Dağlıq Qarabağ separatçılarını sevindirəcək” – Müsahibə

16:27 27-09-2017 | icon 479 | Siyasət
“Şimali İraqdakı son durum Dağlıq Qarabağ separatçılarını sevindirəcək” – Müsahibə

“Türkiyə ilə Bağdad Kürdüstanı boğmaq üçün əllərindən gələni edəcəklər”

Orta və Yax;n Şərqdə cərəyan edən son olayları Versus.Az-da politoloq Fikrət Sadıqov təhlil edib.

– Fikrət müəllim, Kürdüstan dövlətinin yaranması ilə bağlı keçirilən referendm region dövlətlərini yeni bir müharibə təhdidləri ilə üz-üzə qoymaqla yanaşı, separatçı rejimlərin “dəyirman”ına su tökmüş oldu. Sizcə Orta, Yaxın Şərq bu yeni “müharibə alovu”ndan yayına bilərmi və bu, regiondakı hansı maraqların toqquşmasına təkan olacaq?

– Şimali İraqda Bərzani hökumətinin keçirdiyi referendum bir çox dövlətləri qıcıqlandırdı və bir sıra bəyanatlar verildi. Maraqlı budur ki, bir-birinə qarşı zidd siyasət aparan dövlətlərin mövqeləri bu məsələdə üst-üstə düşdü. İlk növbədə Türkiyə-İran, rəsmi Dəməşq, eləcə də aparıcı dövlətlər olan Rusiya və ABŞ da etirazlar səsləndirdi. BMT, Avropa İttifaqında referendumla bağlı əks fikirlər bildirildi. Bu məsələdən ən çox narahat olan ölkə isə təbii ki, Türkiyədir. Çünki bu hadisə onun sərhədləri yaxınlığında baş verir və uzun illərdir ki, kürd separatçıları ilə mübarizə aparır, şəhidlər verilir. Əlbəttə ki, Türkiyə yaxın sərhəddində belə bir dövlətin yaranmasında maraqlı ola bilməz. Artıq göründüyü kimi İran və Türkiyə Kürdüstan sərhədlərində hərbi təlimlərə başlanıb, sanksiyaların tətbiqi ilə bağlı sərhdlər bağlanıb və neftin daşınmasına müəyyən embarqolar qoyulub. Bu ikin mərhələdə atılan addımlar idi və Türkiyə ilə Bağdad Kürdüstanı boğmaq üçün əllərindən gələni edəcəklər. Mənə elə gəlir ki, bundan sonra hərbi əməliyyatların həyata keçirilməsi də istisna deyil. Artıq rəsmi Ankara Bərzani hökumətinə narazılığını bəyan edərək, “bir anda yanınıza gələ bilərik” mesajını verib. Düşünürəm ki, referendum Türkiyədə PKK-çıların yenidən aktiv fazaya keçməsinə təkan verəcək. Bərzani tərəfindən Kürdüstan dövlətinin yaranmasının elan edilməsi PKK-çıların maraqlarına cavab verir. Bu mənada hesab edirəm ki, hərbi əməliyyatlar istisana deyil. Burada tək Türkiyə yox, İran, Mərkəzi İraq da hərbi əməliyyatlara qoşula bilər.

– Kürdüstanın müstəqilliyi ilə bağlı keçirilən referendum hansı maraqlara xidmət edir?

– Aydındır ki, bölgədə yeni münaqişənin alovlanması, stabilliyin pozulması aparıcı dövlətlərin maraqlarına cavab verir. Kürd dövlətinin yaranmasında ən çox maraqlı olan isə İsrail dövlətidir. Çünki İsrailin ərəb ölkələrinə qarşı çıxış etmək imkanı artacaq. İsrail bunu yaxşı başa düşür və bundan geniş istifadə etmək fikrindədir. Burda Rusiyanın da müəyyən maraqları var. Rusiya hələ sovet dövründə Türkiyəyə qarşı döyüşən “qırmızı” dəstələrə maliyyə, hərbi yardımlar edirdi. Bu reallıqlar hər kəsə yaxşı bəllidir. Göründüyü kimi, proseslər Yaxın Şərqi çox mürəkkəb vəziyyətə gətirib çıxara bilər.

– Türkiyəni bu hadisənin mərkəzində saxlayan nədir?

– Bütün bunlar Türkiyənin sərhədlərində baş verdiyi üçün buna biganə qala bilməz. Kifayət qədər problemləri olan Türkiyəyə qarşı yeni bir problemin də əlavə olunması onun mənafeyinə ziddir. Ona görə də Türkiyə buna qarşı dayanmaq üçün əlindən gələni edəcək.

Türkiyə Kürdüstana dəstək verən dövlətlərin çox olduğunu başa düşür və öz sərhədlərində yerləşən bir sıra kürd əyalətlərindən narahatdır. Əminəm ki, PYD Suriya dəstələri İraq-Kürdüstan məsələsinə qoşulacaq.

“Bizim maraqlarımıza cavab verməyən bir məqam var”

– Bu referendumun Azərbaycana hansı əks təsirləri toxuna bilər?

– Referendumun Azərbaycana birbaşa təsir göstərəcəyini düşünmürəm. Bu məsələdə bizim maraqlarımıza cavab verməyən bir məqam var, o da Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Əminəm ki, Şimali İraqdakı son durum Dağlıq Qarabağ separatçılarını sevindirəcək. Ermənistanın İraq Kürdüstanını tanıması da təəccüblü görünməz. Çünki erməni separatçıları kürd dövlətinin yaranması ilə Dağlıq Qarabağın da müstəqil dövlət kimi tanınmasına yol aça biləcəyini düşünürlər. Yəni separatçıların bu məsələdə maraqları üst-üstə düşür. Azərbaycan istər Kosova, Şimali Kipr, istər Krım yarmadası olsun, həmişə ardıcıl olaraq belə separatçılığa qarşı çıxış edib. Çünki bu, bizim maraqlara cavab vermir.

Taha
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?