"Seçkilər eyni ildə, eyni gündə keçirilsə..."

17:28 25-09-2017 | icon 515 | Siyasət
"Seçkilər eyni ildə, eyni gündə keçirilsə..."

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Sədr Aparatının iclasını keçirib. Versus.Az-a ALDP-dən verilən xəbərə görə, İclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın sentyabrın 23-də keçirilən mitinqi müzakirə olunub.

ALDP sədri Fuad Əliyev bildirib ki, partiya üzvlərinin Milli Şuranın keçirdiyi mitinqdə aktiv iştrakı təqdirəlayiq hesab etmək olar:

“Biz kimin təşkil etdiyi mitinqi yox, orda səslənən şuarları dəstəkləyirik. Çox təəssüf ki, bu qədər sosial problemlərin mövcüd olduğu bir vaxtda vətəndaşlar mitinqə dəstək vermədilər, digər partiyaların üzvləri də mitinqə goşulmadılar. Bizim bu mitinqdən gözləntilərimiz çox idi, amma istədiyimiz kimi alınmadı”.

Daha sonra ictimai-siyasi məsələlər müzakirə edilib. Bələdiyyə və parlament seçkilərinin eyni gündə keçirilməsilə bağlı təşəbbüsün irəli sürülməsi müzakirə olunub. Çıxış edənlər qeyd ediblər ki, 3 il ərzində dalbadal keçirilən seçkilərə milyonlarla pul xərclənir. Bu milyonlara qənaet etmək üçün bələdiyyə və parlament seçkilərinin eyni ildə, eyni gündə keçirilməsini məqsədəuyğun hesab etmək olardı.

Bununla bağlı dövlət başçısına təkliflər paketin hazırlanması partiyanın hüquq şöbəsinə tapşırılıb.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?