“Bu insanların katastrofik biabırçılıqla məşğul olması xalqın faciəsidir”
“Pafoslu danışmaqdan başqa həyatda heç bir şey öyrənə bilməmiş bu ”qəhrəmanlar”…”
“Özlərini Milli Şura adlandıran bu təşkilat, hansı ki, hansı millətin şurası olduğunu heç kim anlamır, ya məqsədyönlü ya da anlamazlıqdan bu hakimiyyətin rejiminə demokratik rejim donu geyindirir. Hakimiyyətdən heç bir vəzifə sahibi olmayan kiminsə bu adamlara “çoxdandır mitinq keçirmirsiniz” sifarişini “hökümət onlarla dil tapmaq istəyir ona görə bizdən mitinq keçirmək xahiş edir” mesaji kimi qəbul edib ortaya tullanırlar”.
Versus.Az xəbər verir ki, bunu keçmiş spiker Rəsul Quliyev sentyabrın 23-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə xalqın bu mitinqlərə görə “demokratiyanı qəbul etməyən xalq” imicini axırıncı kərpicinə qədər sökməyənə qədər tək bir nəfərə xas olan bu şura ”mitinqlərdən” əl çəkənə oxşamır:
“”Bizim Bakı şəhərində 10 mindən çox üzvüzüm var” elan edənlərin mitinqinə ”öz üzvülərinin” maksimum 10 faizi gəlir. Onların o meydanda dayanmaq səbrləri 45 dəqiqəyə çatır və dağılışmağa başlayırlar. Axıra 10 dəqiqə qalmış qalanların sayı 150-200 adamdan çox olmur. O meydana gələnləri milli şura adı altında xalq cəbhəsi təşkil edir. Bu insanların bu səviyyədə, katastrofik biabırçılıqla məşğul olması xalqın faciəsidir. Orada edilən çıxışlara qulaq asmaq mümkün deyildir. “Hardadır pullarımız”, “pulumuzu qaytar” kimi bəsit, heç kimin emosiyasına toxunmayan şüarlar bu adamların 4 il keçirdikləri mitinqlərin əsas arqumentidir. Pafoslu danışmaqdan başqa həyatda heç bir şey öyrənə bilməmiş bu ”qəhrəmanlar” insanlara ümid verə biləcək, inandıracaq real olan bir cümlə belə, tapıb deyə bilmirlər”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...