““Üzvlərimiz iştirak edəcək, partiyamız isə yox” fikri məntiqsiz yanaşmadır”

14:39 23-09-2017 | icon 486 | Siyasət
““Üzvlərimiz iştirak edəcək, partiyamız isə yox” fikri məntiqsiz yanaşmadır”

“Partiyalar kiminsə dəvətinə görə yox, aksiyada səslənən şüarlara görə tədbirə qatılmalıdır”

“Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Milli Şuranın mitinqində maksimum dərəcədə iştirak edəcək. Aksiyaya mən də qatılacağam”.

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev mitinqə qatılan partiyaların qeyri-müəyyən mövqeləri ilə bağlı açıqlamasında bildirib:

“Bir çoxları öz üzvlərinin aksiyada iştirak edəcəyini, partiya olaraq isə qatılmadıqlarını bildiriblər, bu məntiqsiz yanaşmadır. O zaman o üzvlər hansı partiyaya aiddir. Əgər partiya üzvlərinin iştirakı ilə bağlı qərar verilibsə, demək partiya iştirak edir”.

F.Əliyev hesab edir ki, partiyalar kiminsə dəvətinə görə yox, aksiyada səslənən şüarlara görə tədbirə qatılmalıdır:

“Çünki orada səslənən şüarlar hamımızındır. Biz kiminsə dəvətinin yox, o problemlərin həllinin ardınca getməliyik”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?