Əli Əliyev mitinqə qatılmayacaq

11:39 23-09-2017 | icon 482 | Siyasət
Əli Əliyev mitinqə qatılmayacaq

“Partiya üzvləri Milli Şuranın mitinqində iştirak edəcək. Mən isə bu dəfə qatılmayacam”.

Bunu Versus.Az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

VİP mitinqlə bağlı yaranan bir sıra suallara cavab almadığına görə partiya sədrinin kütləvi tədbirdə iştirakı məsələsi təxirə salınıb. Partiya üzvlərinin isə fərdi şəkildə mitinqdə iştirakına qərar verilib.

Ə.Əliyev bu gün əksər partiyaların Milli Şuranın mitinqi ilə bağlı səsləndirdiyi neqativ yanaşmaları doğru hesab etməyib:

“Milli Şura adlı qurum var və onun özəyi Xalq Cəbhəsi Partiyasından ibarətdir. Düşünürük ki, onlar bu gün fədakarlıq edib aksiya keçirirlər və buna mənfi münasibət sərgiləmək yanlışdır. Əksinə, bu gün hakimiyyətin sərt təpkisi ilə üz-üzə dayanaraq aksiyalar keçirən partiyalara mənəvi də olsa dəstək vermək lazımdır. Çünki onlar hamının görməli olduğu işi görürlər. Onların mövqelərini bölüşməmək isə başqa məsələdir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?