“Milli Şuranın aksiyasına icazənin verilməsinin özü sual doğurur”
“Partiya olaraq Milli Şuranın aksiyasında iştirak etmək fikrində deyilik. Amma istənilən partiya üzvümüz aksiyaya qatıla bilər”.
Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu bu gün saat 15:00-da keçirilməsi nəzərdə tutulan aksiya ilə bağlı açıqlamasında bildirib.
S.Cəlaloğlunun sözlərinə görə, Milli Şurada yalnız Xalq Cəbhəsi təmsil olunur:
“Aksiya keçirmək hər bir partiyanın hüququqdur. O cümlədən də hər bir vətəndaş aksiyada iştirak edə bilər. ADP Milli Şuranın üzvü deyil və kütləvi tədbirlə bağlı bizə müraciət olunmadığına görə partiya olaraq bu aksiyaya qatılmırıq”.
S.Cəlaloğlu bildirib ki, hakimiyyətin bu mitinqə icazə verməsinin özü çoxlu suallar yaradıb:
“Maraqlıdır ki, nəyə görə İslam Partiyasının yubileyi qapalı yerdə keçirilməsinə baxmayaraq ona icazə verilmədi, ADP-nin saytı yazılarına görə bağlandı, amma radikal hesab olunan belə bir qrumun ictimai yerdə aksiya keçirməsinə icazə verilir. Çox maraqlıdır, nəyə görə?”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...