Partiya sədrinə anonim zəng edib hədələyirlər
14:54 20-09-2017
|
436 |
Siyasət
“Əminəm ki, əziz qardaşımın mənim mühafizəmlə bağlı düşündükləri var”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev uzun illərdir ki, müxtəlif məmurların, hökumət üzvlərinin ünvanına ciddi ittihamlar səsləndirməkdə, onları sərt şəkildə tənqid etməkdədir. Maraqlıdır, çoxsaylı məmur kontingentini hədəf alan partiya sədri öz həyatı üçün təhlükə hiss edirmi? Hafiz Hacıyev ona qarşı sui-qəsd ehtimalını nə dərəcədə real sayır? Partiya sədrinin mühafizəsi lazımınca təşkil olunubmu?
Moderator.az -a açıqlamasında məsələyə münasibət bildirən H.Hacıyev həyatı üçün təhlükənin mövcudluğunu təsdiqləyib:
“Qeyd etdiyiniz kimi, mən uzun illərdir ki, xalqa, prezidentə, dövlətə xəyanət edən məmurları ifşa etməklə məşğulam. Mən onların iç üzünü ictimaiyyətə təqdim edirəm ki, qoy bu adamlaırn kimliyini hər kəs görsün. Mənim açıqlamalarım onları çəkindirir. Təbii ki, səsləndirdiyim tənqidlər səbəbi ilə həyatım üçün təhlükə var. Mənə anonim zənglər gəlir. Mənim tənqid etdiyim insanların bir qisminin saysız-hesabsız pulu var, bir qisminin nəzarətində silahlı dəstələr var və sair. Yəni onların hamısının arxasında müxtəlif güclər var. Lakin bütün bunlar məni həqiqəti söyləməkdən çəkindirə bilməz. Mən heç vaxt prezidentimizi tək qoya bilmərəm və qoymayacam da. Mən sui-qəsddən qorxmuram. Qanım da, canım da prezidentimizə, dövlətimizə fəda olsun.
Mühafizə sisteminə gəlincə, mən öz mühafizəmi təşkil etməyi bacaran insanam. Mən nazir işləyəndə bu gün tənqid etdiyim insanların çoxu bazarda xırda alverlə məşğul idi. Əminəm ki, əziz qardaşımın da mənim mühafizəmlə bağlı düşündükləri var.
Bir daha bildirirəm ki, mən öz yolumdan dönməyəcəm və bütün təhlükələrə rəğmən sona qədər prezidentə sadiq qalacam, onun yanında olacam”.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...