“Namizədlər klubu”nun yaradılmasını planlaşdırırıq”
“Hesab edirəm ki, müxalifətin siyasi məhbuslarla bağlı apardığı iş davamlı olmalıdır”
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mehman Əliyevin Müdafiə Komitəsində cəmləşən müxalifətin sonrakı addımları ilə bağlı verdiyi açıqlamada bildirib.
Partiya sədrinin fikrincə Mehman Əliyevin azadlığa buraxılması ilə bağlı gördükləri işlər öz təsirini göstərib:
“Amma siyasi məhbusluqda olan insanların azadlığa çıxması istiqamətində işlərimizi davam etdirməli və nöqsanları aradan qaldırmaq üçün müxalifətin birliyinə nail olmalıyıq”.
Müxalifətin buna nə dərəcədə davamlı olmasına gəlincə, partiya sədri bunun sonrakı mərhələlərdə bəlli olacağını deyib. Onun fikrincə, digər partiyalar da səmimi olsalar, müxalifətin birliyi möhkəmlənəcək.
Fuad Əliyev siyasi məhbuslarla bağlı bir araya gələn müxalifətin seçki prosesində birgə fəaliyyət göstərəcəyinə birmənalı yanaşmayıb:
“Təbii ki, seçki mərhələsində müxtəlif bloklar, qruplar yarana bilər. Əgər kim özünü müxalifətin vahid namizədi görürsə, bu gündən önə çıxmalı və müxalifəti bir araya gətirəcəyini elan etmlidir. Yalnız bundan sonra seçkiyə vahid liderlə getmk olar. Amma hələ ki, heç bir partiya sədri vahid namizəd kimi çıxış etməyib, eyni zamanda ortaq maraqları ifadə edən təkliflər verilməyib. Bunlar olmadığına görə vahid namizəddən danışmaq tezdir”.
Məhbuslarla bağlı bir araya gələn partiyaların ALDP-nin təklifi olan “Namizədlər Klubu”nda cəmlənməsinə gəlincə, F.Əliyev hələ ki, seçki prosesinin başlamasını gözlədiklərini dedi:
“Seçki ərəfəsində namizədlərlə danışıqlara gedəcəyik. Çalışacağıq ki, bütün namizədlər bəlli olandan sonra “Namizədlər Klubu” yaransın. Klubun yaranma səbəbləri ilə bağlı arqumentlərimizi ortaya qoyacağıq. Biz bunu planlaşdırırıq. Amma bu barədə danışmaq hələ ki, tezdir”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...