ALDP siyasi məhbusların azadlığa buraxılmasına dəstək verəcək
Sentyabrın 19-da Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Versus.Az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın sentyabrın 23-nə təyin olunmuş mitinqi müzakirə olunub.
Toplantıda çıxış edənlər “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, həmçinin AXCP sədrinin köməkçisi Faiq Əmirov və Nardaran hadisələrində saxlanılan bir qrup dindarların azadlığa buraxılmasını təqdirəlayiq hesab ediblər.
Fuad Əliyev öz çıxışında Gözəl Bayramlı, İlgar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması üçün dəstək verəcəyini vurğulayıb.
Milli Şuranın sentyabrın 23-nə təyin olunmuş mitinqinə gəlincə, qərara alınıb ki, liberal-demokratların bu mitinqdə iştirakı məqsədəuyğun hesab olunsun.
Daha sonra 2017-2018 ili üçün partiyanın fəaliyyət proqramı təsdiq olunub.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...